Caspian Agro-2025 sərgisi çərçivəsində Aqronomların I Forumu keçirildi

Caspian Agro-2025 sərgisi çərçivəsində Aqronomların I Forumu keçirildi
16.05.2025 14:32 Kənd Təsərrüfatı

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2025) çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 16 may tarixində “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların I Forumu” keçirilib. 

TodayPress TV xəbər verir ki, forumun əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, aqronomların bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ texnologiyaların tətbiqi və bilik mübadiləsinin təşviq olunmasıdır.

Forumda dövlət və özəl sektorun nümayəndələri, aqronomlar, tədqiqatçılar, fermerlər və aqrar sahənin digər iştirakçıları bir araya gələrək aqronomiyanın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov forumun rəsmi açılış mərasimində çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O, dövlət-özəl tərəfdaşlığı çərçivəsində keçirilən bu forumun aqrar sahədə bilik və təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu qeyd edib. Rektor aqronomiyanın inkişafında elm və təhsilin roluna toxunaraq, universitetin bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərdən danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında bildirib ki, aqrar sahənin əsas sütunlarından biri olan aqronomiyanın inkişafı, bu sahədə çalışan mütəxəssislərin peşəkar inkişafı və sertifikasiyası kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından böyük önəmə sahibdir.

Dövlət-özəl tərəfdaşlığının daha səmərəli qurulması, kənd təsərrüfatı xidmətlərinin keyfiyyətinin artırılması və innovasiyaların tətbiqi baxımından bu forum mühüm əhəmiyyət daşıyır.

Forumda iştirak edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, kənd təsərrüfatı nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Xəyalə Dadaşova öz çıxışında qeyd edib ki, aqronomların peşəkar inkişafı və innovativ yanaşmaların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafının əsas şərtlərindən biridir.

Bu sahədə çalışan mütəxəssislər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, torpaq münbitliyinin artırılmasında və məhsuldarlığın yüksəldilməsində xüsusi rol oynayırlar. 

Forumun açılış mərasimindən sonra keçirilən panel sessiyalarda aqronomlar və aqrar sahə üzrə ixtisaslaşmış tədqiqatçılar öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Forumda xüsusi olaraq özəl müəssisələrdə çalışan aqronomların bilik və bacarıqlarının şəffaf və obyektiv meyarlarla qiymətləndirilməsi və sertifikatlaşdırılması məsələlərinə toxunulub.

Qeyd olunub ki, bu yanaşma peşəkarların əmək bazarında tanınmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və sahəyə olan ictimai inamın möhkəmləndirilməsinə xidmət edir.

Tədbirin sonunda iştirakçılar aqrar sahənin inkişafına töhfə vermək məqsədilə bu cür fikir mübadiləsi platformalarının əhəmiyyətinə toxunub, bilik və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

XƏBƏR LENTİ
05 AVQUST 2026
“Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil 12:55 Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO 10:03 Zədə Alkarası növbəti böyük turnirdən də məhrum etdi 09:50 Transfer yarışında dönüş: “Liverpul” Mbaye uğrunda önə çıxdı 09:40 Kompleks hücum: Ukraynanın ən böyük anbarları və logistika mərkəzləri dağıdıldı - VİDEO 09:38 Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq" 09:33 NBA azarkeşlərinin səbirsizliklə gözlədiyi tarix açıqlandı 09:30 Bütün Xəbərlər