Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
15.06.2026 15:55 Hərbi

Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Azərbaycan rəhbərliyinə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev respublikamızın müstəqilliyinə, suverenliyinə qarşı yaranan təhlükələrin aradan qaldırılmasında müstəsna xidmətlər göstərərək zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və doğma Vətənə tükənməz sevgisi ilə ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan xilas etmişdir.

Azərbaycanın inkişaf strategiyasının banisi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində respublikamızın dövlət müstəqilliyi əbədi, sarsılmaz, dönməz olmuşdur. Bu gün dünyada söz sahibi olan müasir, müstəqil Azərbaycan dövlətinin inkişaf tarixi qürur mənbəyimizdir.

Ulu Öndərin dövlət quruculuğu və iqtisadi inkişaf strategiyası Möhtərəm Prezident cənab İlham Əliyevin sayəsində uğurla davam etdirilərək xalqımıza Azərbaycanın dövlətçilik tarixində Böyük Zəfərin təntənəsini yaşatdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir.

Ali Baş Komandanın apardığı müdrik və uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı ilə qətiyyətli addımları, eyni zamanda, ordumuzun peşəkarlığı, yüksək döyüş əzmi və mənəvi-psixoloji hazırlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur.

Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha göstəricisidir.

Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tarixi Sərəncamı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasına böyük töhfədir.

Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir.

Əminəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti xalqımızın Ümummilli Liderinin ideyalarına sədaqətini əməllərində, xidməti vəzifələrində nümayiş etdirməklə Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqlarını daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir.

15 İyun - Milli Qurtuluş Günü münasibətilə ordumuzun şəxsi heyətini bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Leverkuzen klubu transfer bombasını partlatdı! 12:49 Rəsmi imzaya bir addım: Salah Türkiyəyə endi! 12:37 “Qarabağ” Polşaya qələbə hədəfi ilə yollanır! 12:24 Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlandı - FOTOLAR 12:17 Yeni parlament, yeni hökumət, köhnə problemlər...– İrəvanda son 5 günün nəbzi 12:16 HHM bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verildi 12:08 Türk əsilli Amerika tədqiqatçısı Talebin Vardanyanla bağlı mövqeyinə etiraz etdi 11:59 Rusiyanın Kiyevə dəhşətli gecə hücumu: Ölən və yaralananların sayı artdı - VİDEO - YENİLƏNDİ 09:08 Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ? 11:35 Həmiltonun yüksəlişinin sirri məlum oldu 11:25 Dürantın “Filadelfiya” fikrinin pərdəarxası açıqlandı 11:18 Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı 11:16 Gənc boksçularımız beynəlxalq sınağa çıxır 11:09 Ferstappen xoşbəxtliyinin əsas səbəbini açıqladı 11:06 4 il həbs cəzası alan Hüseyn Həsənovdan GÖZLƏNİLMƏZ ADDIM: Vəkili DANIŞDI 10:48 O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi” 10:39 "Yalvarıram, məni geri göndərməyin..." – İspan əsgəri mərakeşli uşağın göz yaşlarına tab gətirmədi - VİDEO 10:28 Filippin sahillərində güclü zəlzələ oldu 10:28 Rusiyanın hücumları nəticəsində azərbaycanlıların əmlakı zərər gördü - FOTO 10:03 Zədə Alkarası növbəti böyük turnirdən də məhrum etdi 09:50 Transfer yarışında dönüş: “Liverpul” Mbaye uğrunda önə çıxdı 09:40 Kompleks hücum: Ukraynanın ən böyük anbarları və logistika mərkəzləri dağıdıldı - VİDEO 09:38 Hikmət Hacıyev: "Türkiyənin iştirak etmədiyi heç bir masada Azərbaycan olmayacaq" 09:33 NBA azarkeşlərinin səbirsizliklə gözlədiyi tarix açıqlandı 09:30 FIFA qaydaları “Şəfa”nı yarışdan kənarda qoydu 09:14 Bütün Xəbərlər