İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! - VİDEO

İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! - VİDEO
28.07.2026 11:11 Araşdırma

İsrail Mərkəzi Statistika Bürosu və Qüds Siyasət Araşdırmaları İnstitutunun illik demoqrafik hesabatlarına görə, Qüds əhalisinin 39 faizi müsəlmanlardan ibarətdir.

Bu statistika belə bir sualı gündəmə gətirir: Bəs müsəlman ölkələrində bu gün  nə qədər yəhudi yaşayır?

Hazırda müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə təxminən 30 min yəhudinin yaşadığı bildirilir. Ən böyük yəhudi icmaları Türkiyədə (təxminən 14,2 min nəfər) və İranda (təxminən 9,1 min nəfər) məskunlaşıb. Daha kiçik icmalar isə Azərbaycanda (təxminən 5 min nəfər) və Mərakeşdə (təxminən 2 min nəfər) yaşayır.

Rəqəmlər 1948-ci illə müqayisədə kəskin azalmanı göstərir. Həmin dövrdə təkcə ərəb dünyasında 850 mindən çox yəhudi yaşayırdı. Məsələn, 1948-ci ilə qədər Mərakeşdə 250 mindən çox, İraqda təxminən 135 min, Misirdə 75 min, Yəməndə isə 50 mindən çox yəhudi yaşayırdı. Bu gün isə həmin ölkələrin əksəriyyətində yəhudi icmaları ya tamamilə yox olub, ya da onların sayı onlarla və ya bir neçə yüz nəfərlə məhdudlaşır.


Müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə yəhudi əhalisinin kəskin azalması əsasən 1948-ci ildə İsrail Dövlətinin yaradılması, sonrakı ərəb–İsrail müharibələri və bölgədə ərəb millətçiliyinin güclənməsi ilə əlaqəlidir. 

1948–1970-ci illər arasında Yaxın Şərq və Şimali Afrikada yaşayan yəhudilərin böyük əksəriyyəti artan təzyiqlər, hökumətin  tətbiq etdiyi  məhdudiyyətlər və bəzi hallarda kütləvi qovulmalarla üzləşib. Onlar yaşadıqları ölkələri tərk etməyə məcbur olublar. 

Yəhudi köç dalğası müxtəlif əməliyyatlarla da müşayiət olunub. 1949–1950-ci illərdə həyata keçirilən "Sehrli Xalça" (Operation Magic Carpet) əməliyyatı çərçivəsində təxminən 49 min Yəmən yəhudisi hava yolu ilə İsrailə köçürülüb. 1951–1952-ci illərdə isə "Ezra və Nehemya" əməliyyatı ilə İraq yəhudilərinin böyük əksəriyyəti ölkədən çıxarılıb.

Həmin dövrdə köç edən yəhudilərdən təxminən 600 min nəfəri İsrailə, yüz minlərlə insan isə Fransa, ABŞ və Kanadaya mühacirət edib.


Amma onlar müsəlman ölkələrində  tamamilə yox olmayıblar.

Məsələn, İran bu gün də İsraildən kənarda Yaxın Şərqin ən böyük yəhudi icmalarından birinə ev sahibliyi edir.


İran Konstitusiyasına əsasən, yəhudilər rəsmi dini azlıq kimi tanınır və parlamentdə onlar üçün ayrıca deputat yeri də ayrılıb.

Azərbaycan da regionda yəhudi icmasının tarixən qorunub saxlandığı ölkələrdən biridir.


Qubadakı Qırmızı Qəsəbə dünyanın İsrail və ABŞ-dən kənarda yəhudilərin kompakt şəkildə yaşadığı nadir yaşayış məntəqələrindən biridir və burada əsasən dağ yəhudiləri yaşayır.

Araşdırmaçılar yəhudi icmalarının müsəlman ölkələrini tərk etməsinin səbəblərinin bütün ölkələr üçün eyni olmadığını deyirlər. Bəzi hallarda siyasi təzyiqlər və təhlükəsizlik problemləri həlledici rol oynayıb, digər hallarda isə İsrailə köçü təşviq edən proqramlar, iqtisadi amillər və insanların daha təhlükəsiz həyat axtarışı bu prosesi sürətləndirib.


Bir vaxtlar müsəlman ölkələrinin sosial, iqtisadi və mədəni həyatının ayrılmaz hissəsi olan yəhudi icmalarının böyük əksəriyyəti son 80 ilə yaxın müddətdə regionu tərk edib.

Rəqəmlər göstərir ki, İranda Azərbaycandan təxminən iki dəfə çox yəhudi yaşayır. Son dövrlərdə Tehranın Azərbaycana qarşı səsləndirdiyi ittihamlar, İsraillə əməkdaşlıq üzərindən qurduğu təzyiq siyasəti və sərt bəyanatları bizi belə bir sualı verməyə vadar edir: Əgər İran daxilində minlərlə yəhudinin yaşaması problem hesab olunmursa, Azərbaycanın İsraillə dövlətlərarası münasibətləri niyə davamlı olaraq hədəfə çevrilir? Bu nifrətin səbəbi nədir?! 

Jalə Rövşən 

FOTOLAR

İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! - VİDEO — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər