"Bakılılar Günü"ndə erməni hiyləsi – Bolşeviklərin əsl üzü

"Bakılılar Günü"ndə erməni hiyləsi – Bolşeviklərin əsl üzü
01.07.2026 17:27 Araşdırma

1 iyul – Azərbaycanda Bakılılar Günü kimi qeyd edilir.

Bəs təqvim olaraq məhz 1 iyulun seçilməsinin əsl səbəbi nədir?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan tarixçi Zaur Əliyev məsələni belə izah edib:


“Çar Rusiyası və Cümhuriyyət dövründə əhalinin böyük əksəriyyətinin doğum haqqında sənədi yox idi. 1905, 1906, 1907 və 1908-ci illərdə ermənilərin törətdikləri soyqırımları və dağıntılar nəticəsində əhalinin böyük hissəsinin sənəd problemi yaranmışdı. Bakı isə xüsusi əhəmiyyət daşıyan şəhər idi və burada çoxsaylı insanlar yaşayırdı.

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra əhali üzərində ümumi nəzarəti təmin etmək məqsədilə sənədləşdirmə prosesinə başladılar. Yeni sənədlərin verilməsi prosesi 1921-ci ilin iyun ayının sonlarında başlanmışdı. Xüsusilə yaşlı nəslin sənəd almasında çətinliklər var idi. Onların hansı gün, hansı ay və hansı ildə anadan olduqlarını təsdiq edən heç bir sənəd mövcud deyildi.

Sənədləşdirmə və qeydiyyat zamanı bu şəxslərin doğum tarixi təxmini olaraq sənədin verildiyi günə – yəni iyunun 30-na və ya iyulun 1-nə qeyd edilirdi. Beləliklə, əksər bakılının rəsmi "ad günü" 1 iyula düşdü. Buna görə də xalq arasında bu gün "bakılıların ümumi ad günü" kimi tanınmağa başladı”.

Tarixçinin sözlərinə görə, çox adam 1 iyulu Bakı Şəhəri Günü hesab edir. Bu, doğru deyil:

“Şəhər günləri şəhərin təməlqoyma tarixindən hesablanır. Məsələn, 2 sentyabr "Odessa Günü" kimi qeyd olunur, çünki həmin gün şəhərin təməli qoyulub. Lakin bu tarix odessalıların günü kimi qeyd edilmir. Bakılılar Günü isə fərqlidir – bu, şəhərin yaranma tarixi ilə deyil, sakinlərin sənədləşdirilməsi tarixi ilə bağlı formalaşmış ənənədir.

Sənəd verilən zaman vətəndaşın yaşı təxmini müəyyən edilir, doğum tarixi kimi isə sənədin verildiyi gün qeydiyyata alınırdı. Məhz buna görə də bu prosesin ən intensiv getdiyi 1921-ci ilin iyun–iyul aylarında müraciət edən çox sayda bakılının doğum tarixi 01.07. kimi rəsmiləşdirildi”.

Zaur Əliyev məsələnin sosial şəbəkələrdə Arsen adlı bir erməninin adı ilə əlaqələndirilməsinin də doğru olmadığını bildirib:

“Çünki Arsenin bu təklifi irəli sürməsinin arxasında 1918-ci il hadisələri dayanır. Ermənilər həmin il iyulun 1-də Şaumyanın başçılığı ilə "Bakı – əbədi Rusiya" şüarı altında Qafqaz İslam Ordusunun qarşısını almaq məqsədilə aksiyalar keçirərək şəhər əhalisini öz ətraflarında toplamağa çalışıblar. Arsenin təklifi, əslində, Şaumyanın türk ordusuna qarşı təşkil etdiyi aksiya gününü tarixə yazmaq cəhdidir. Bu isə ermənilərin məqsədlərinə uyğun növbəti təxribat xarakterli addımdır. Reallıq isə fərqlidir.

1920–30-cu illərdə doğulan insanların dilində 1 iyul "Pasport günü" və ya "Hamının ad günü" adlanırdı. 1 iyul rəsmi bayram deyil, sosial şəbəkələrdə və şəhər sakinləri arasında formalaşmış qeyri-rəsmi bir ənənədir.

Kimin hansı mövqedən çıxış etməsindən asılı olmayaraq, bu gün artıq bir simvola çevrilib. Kimin doğum gününün bu tarixə düşüb-düşməməsindən asılı olmayaraq, bütün bakılılar bu günü öz günləri kimi qəbul edir. Bizə isə gözəl Bakımızın gözəl sakinlərini bu münasibətlə təbrik etmək düşər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bu ölkələr ABŞ və İranı barışdırmaq üçün plan qurur 21:07 UEFA Avropa Liqası: "Qarabağ" fasiləyə üstün yollandı - CANLI 20:02 HƏMAS sözçüsünün olduğu avtomobil vuruldu - VİDEO 20:43 Tramp Baydenin ən böyük səhvini təkrarlayır - İDDİA 20:27 Netanyahu xərçəngin müalicəsini tapdı 20:15 Moskvanı sarsıdacaq qərarın tarixi açıqlandı 19:57 “Cəmi 2 ay qaldı” - Çexiya Prezidentindən Rusiya ilə bağlı ÇAĞIRIŞ 19:38 Ermənistan məhkəməsi Karapetyanla bağlı QƏRAR VERDİ 19:19 ABŞ 47 illik qərarını dəyişir 19:04 Netanyahu Argentinanı seçdi, amma Messini yox 18:56 Hörmüz boğazında hərəkət DAYANDI 18:47 Azərbaycan və İtaliya arasında nə baş verir? 18:32 Qazdan istifadə qaydaları DƏYİŞDİRİLDİ 18:27 Xəstəxanalarla bağlı YENİ QƏRAR 18:21 Bəzi dövlət qurumlarında ştat sayı təsdiqləndi 18:17 Bakıda kişi keçmiş arvadını güllələdi - VİDEO 18:10 Artıq bu binalar üçün yeni pasport tələb olunacaq 18:05 Sabah Respublikanın bəzi ərazilərində qaz olmayacaq 18:03 "Arsenal" qapıçı İllan Melyeni heyətinə qatıb 17:49 Generalların öldürmək istədiyi yunan baş nazir oğlu Miçotakisi götürüb Türkiyəyə qaçdı: "Sahte Kabadayı"nın ibrətamiz taleyi 17:31 ABŞ qüvvələri son iki gündə İranın 170-dən çox obyektini vurub 17:21 Ordusu olmayan ölkənin qadın lideri NATO sammitində necə parladı ? 17:18 Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq 17:10 Vaqif Poeziya Günlərinin bu il keçiriləcəyi tarix açıqlandı 16:47 İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma... 16:29 Bütün Xəbərlər