Vəkillər üçün TƏHLÜKƏ SİQNALI – Süni intellekt məhkəmədə qalib gəldi

Vəkillər üçün TƏHLÜKƏ SİQNALI – Süni intellekt məhkəmədə qalib gəldi
30.06.2026 13:45 İKT

İngiltərədə süni intellekt texnologiyalarının hüquq sahəsində tətbiqi ilə bağlı diqqətçəkən hadisə baş verib. İlk dəfə olaraq süni intellekt platformasının hazırladığı hüquqi iş məhkəmədə uğur qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili məlumat verib.


Onun sözlərinə görə, Londonda bir iddiaçı özünə məxsus 7 min funt sterlinq məbləğində borcun geri qaytarılması üçün "Garfield AI" şirkətinin xidmətindən istifadə edib və bunun üçün təxminən 400 funt sterlinq ödəyib.

"Təxminən 400 funt sterlinq müqabilində "Garfield AI" şirkəti iddiaçının 7 min funt sterlinq borcunun geri alınması məqsədilə bütün hüquqi sənədləri hazırlayıb. Məhkəmədə isə iddiaçını insan vəkili təmsil edib. Süni intellekt məhkəmə prosesindən əvvəl iş üzrə bütün hazırlıq mərhələsini həyata keçirib. Süni intellekt iddia ərizəsini, hüquqi arqumentləri, dörd şahidin ifadəsini və məhkəmə materiallarından ibarət tam iş qovluğunu hazırlayıb. Daha sonra "Garfield AI" məhkəmədə iştirak etmək üçün insan vəkili cəlb edib və nəticədə iddiaçı məhkəmə prosesində qalib gəlib".

Deputat vurğulayıb ki, bu hadisə süni intellektin hüquqşünasları tam əvəz etməsi kimi qiymətləndirilməməlidir.

"Bu, hüquqşünas peşəsinin artıq aradan qalxması demək deyil. Hazırkı mərhələdə süni intellekt sənədlərin hazırlanması, hüquqi arqumentlərin formalaşdırılması və işin məhkəməyə hazırlanması kimi prosesləri həyata keçirir. Məhkəmədə isə tərəfi yenə də insan vəkil təmsil edir".

Tahir Mirkişilinin fikrincə, bu nümunə süni intellektin hüquq sahəsində rutin və standart işlərin əhəmiyyətli hissəsini üzərinə götürə biləcəyini göstərir.

"Süni intellekt məktubların, ərizələrin hazırlanması, işin strukturlaşdırılması və sənədlərin toplanması kimi vaxt aparan prosesləri xeyli sadələşdirə bilər. Bu isə hüquqi xidmətlərin daha əlçatan olmasına imkan yaradır. Belə xidmətlər xüsusilə kiçik sahibkarlar üçün mühüm üstünlüklər yarada bilər. Əvvəllər hüquqi xidmətlərin yüksək qiyməti səbəbindən bir çox insanlar kiçik məbləğli borcların geri qaytarılması üçün məhkəməyə müraciət etmirdi. Süni intellekt əsaslı həllər bu maneəni aradan qaldıraraq məhkəmə xidmətlərini daha əlçatan edə bilər".

Parlamentari əlavə edib ki, hazırda "Garfield AI" yalnız 10 min funt sterlinqədək olan iddialar üzrə fəaliyyət göstərir.

"Bu da göstərir ki, süni intellekt hələlik daha çox sadə və tipik hüquqi mübahisələr üzrə effektiv həll təklif edir. Bununla belə, bu hadisə hüquq sahəsində rəqəmsal transformasiyanın sürətləndiyini və gələcəkdə süni intellektin rolunun daha da artacağını nümayiş etdirir", – deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
30 JUNE 2026
Azərbaycanın yeni nəsil hərbi mütəxəssisləri vəzifələrinə başladı 17:33 Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verdi 17:19 Dəmir çatışmazlığı necə hiss olunur? Əlamətlər və dəstəkləyici təbii yollar 16:05 Kiberpolis qanunsuz mərc oyunları təşkil edən cinayətkar dəstəni ifşa etdi 17:11 İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı 16:59 İran XİN Qalibafın Azərbaycana səfərini dəyərləndirdi 16:44 Prezidentdən Korrupsiya ilə bağlı MÜHÜM ADDIM: Bundan sonra... 16:26 DTX-yə strateji obyektlərlə bağlı yeni səlahiyyət verildi 16:22 Azərbaycan Prezidenti bu ölkənin əhalisini sevindirdi 16:17 Süni intellektlə bağlı Birinci Xanım şəxsən təşəbbüs göstərdi - AÇIQLAMA 16:05 Bu günün 1/16 final mərhələsinin oyunları açıqlandı 16:07 Xamenei atasının dəfnində iştirak edəcək? - RƏSMİ 15:49 “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir 15:44 Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları 15:42 Mehriban Əliyeva prosesləri qabaqladı - Azərbaycan bu ölkələrin aqibətini yaşamayacaq 15:36 Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI 15:25 Bu ölkə baş nazirlərin “başını yeyir” 14:50 Azərbaycanın şəhid verdiyi itkinlərin kimlikləri açıqlandı 15:08 Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda 14:57 Fərizənin İlhama sevgisi gəncliyin ən böyük gününə çevrildi — İmperiya məhəbbətə atdığı güllənin qurbanı oldu 14:52 Xocalıda əhalini güllələyərək Ermənistana rəhbər oldu — Azərbaycan onu axtarır — Qatil prezidentin dosyesi 14:47 Lyayen hər kəsi şoka salan rəqəmi açıqladı: Brüssel Kiyevə kosmik büdcə ayırdı 14:31 "Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir 14:28 Dünyada 18-ci, Avropada 5-ci - Azərbaycanın ən uzun tunelində SON İŞLƏR 14:24 Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik 14:18 All News