"Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO
"Porsche" yeni elektrikli "Cayenne Turbo Electric" modelinin imkanlarını qeyri-adi sınaq ilə nümayiş etdirib.
TodayPress TV xəbər verir ki, sınaq ABŞ-nin Kaliforniya ştatındakı Mojave Hava və Kosmik Limanında keçirilib. Avtomobil dünyanın ən böyük qanad açıqlığına malik "Stratolaunch Roc" təyyarəsinin uçuşu zamanı onun iki füzelajı arasından hərəkət edib.
Elektrikli krossoveri peşəkar yarış sürücüsü Patrik Lonq idarə edib. Onun əsas vəzifəsi təyyarəni ötmək yox, bütün uçuş boyu onun sürətini dəqiq izləyərək iki füzelaj arasında qalmaq olub.
Onun sözlərinə görə, sınağın əvvəlində təyyarəni qabaqlamamaq üçün sürətini məhdudlaşdırıb. Təyyarənin altı mühərriki tam güclə işləməyə başlayanda isə Boost rejimini aktivləşdirərək avtomobili onun şassisinin yanında saxlayıb. Təyyarə havaya qalxdıqdan sonra avtomobilin sürətölçəni 270 km/saatdan çox sürət göstərib.
Qeyd edək ki, "Cayenne Turbo Electric" 1139 at gücünə malikdir. Avtomobil 0-dan 100 km/saat sürətə cəmi 2,1 saniyəyə çatır, maksimal sürəti isə təxminən 261 km/saatdır.
Türkan İsgəndərli