"Apple"ın ilk qatlana bilən smartfonu gəlir

"Apple"ın ilk qatlana bilən smartfonu gəlir
11.07.2026 15:53 İKT

"Apple" şirkətinin qatlana bilən ilk smartfonunun batareyası ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

TodayPress TV xəbər verir ki, 9to5Mac nəşri insayder "Digital Chat Station"a istinadən cihazın ümumi batareya tutumunun 4883 mA/saat olacağını yazıb.

Məlumata görə, "Apple"ın batareya tədarükçüsü 1921 və 2962 mA/saat tutumlu iki batareyanı qeydiyyatdan keçirib. Bildirilir ki, bu batareyalar qatlana bilən "iPhone"da istifadə olunacaq ikihissəli enerji sistemini təşkil edəcək.

Nəşr qeyd edir ki, oxşar texnologiya artıq digər istehsalçıların qatlana bilən smartfonlarında da tətbiq olunur. Müqayisə üçün, Samsung Galaxy Z Fold7 modeli 4400 mA/saat, Google Pixel 10 Pro Fold isə 5015 mA/saat batareya ilə təchiz edilib.

Məlumata əsasən, iPhone 18 Pro modelinin eSIM versiyası 4288 mA/saat, fiziki SIM kartlı versiyası isə 4056 mA/saat batareya ilə təchiz oluna bilər. iPhone 18 Pro Max üçün isə müvafiq olaraq 5567 və 5391 mA/saat tutumlu batareyalar gözlənilir.

Bununla yanaşı, 9to5Mac vurğulayır ki, batareyanın tutumu cihazın işləmə müddətini müəyyən edən yeganə amil deyil. Qatlana bilən iPhone-un yekun texniki xüsusiyyətləri yalnız rəsmi təqdimatdan sonra məlum olacaq. Təqdimatın sentyabr ayında keçiriləcəyi gözlənilir.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 IYUL 2026
Kiyevin yeraltı "Dron Bunkeri" Vaşinqtonu hərəkətə gətirdi 17:01 Nəyə görə dünyasını dəyişənlər yuxumuza girir? Səbəb bu imiş... 16:15 Məhşur rus çempionuna unikal seçim: Rusiyanın şərəfindənsə, Azərbaycanın şərəfi daha üstündür 16:40 Polşa başına bomba yağdırmaq istəmir, əlində olanları Ukraynaya verir 16:36 Tayvanda baş verən dəhşətli tayfununun GÖRÜNTÜLƏRİ 16:45 Rusiya Sumıya zərbə endirdi, dörd nəfər öldü - YENİLƏNDİ 16:12 Flik köhnə tanışını "Kamp Nou"ya gətirir! – Kərim Adeyemi "Barselona" ilə müqavilə imzalayır 16:01 İsrail Livanın cənubuna hava zərbələri endirdi 15:58 "Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı oldu 16:25 İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub 16:06 "Apple"ın ilk qatlana bilən smartfonu gəlir 15:53 İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub 15:35 Türkiyənin NATO-da söz sahibinə çevirilməsi Azərbaycan üçün inanılmaz imkanlar açdı 15:21 Müctəba Xamenei qisas andını içdi: "Atamın qanını o şərəfsiz qatillərdən alacam" 15:15 “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu 15:37 Morten Yulmannın "Sportinq"dəki 141 matçlıq erası bitdi 14:43 Nə səsi var, nə də mühərriki... – NASA-nın gizlətdiyi görüntülər açıldı... 14:37 Bakıda 3 küçə tamamilə məhdudlaşdırılacaq – SƏBƏB... 14:15 Şuşanın daha bir parçası canlanır – Kiçik Qaladərəsinə daha 11 ailə qayıdacaq 14:13 İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşdü 14:10 Prezidenti maliyyələşdirən investor hökumətin başına keçir: Sandu baş nazir postunu ona verir 13:51 "Ağ-qaralar"ın təcrübəli kapitanı formanı təhvil verdi 13:42 Kim qapıları bağladı! – "Biz yox, NATO və tərəfdaşlarınız silahsızlaşsın" 13:34 Dağlıq rayonlarda yaşayanların nəzərinə! Temperatur... 13:18 Pərdəarxası Hörmüz bazarlığı – Vaşinqton Tehrandan hansı rəsmi bəyanatı tələb edir? 12:47 Bütün Xəbərlər