Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu!

Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu!
04.08.2026 16:14 İdman

Arsen Venger DÇ hüquqlarının satışı ilə bağlı FIFA layihəsinə münasibət bildirib.

TodayPress TV “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, FIFA-nın qlobal futbolun inkişafı üzrə direktoru dünya çempionatının kommersiya hüquqlarının satışı ilə bağlı nəzərdə tutulan FIFA Forward Enterprise (FFE) layihəsinin hazırlanmasında iştirak etmədiyini açıqlayıb və layihənin ləğv olunmasını dəstəklədiyini bildirib.

Xatırladaq ki, təşəbbüs dünya çempionatının hüquqlarının satışı üçün yeni strukturun yaradılmasını nəzərdə tuturdu. Lakin futbol konfederasiyalarının sərt tənqidləri və UEFA-ya üzv ölkələrin turniri boykot edə biləcəyi ilə bağlı xəbərdarlıqlardan sonra FIFA prezidenti Canni İnfantino layihənin həyata keçirilməsindən imtina edib.

“FIFA-da baş verən son hadisələrlə əlaqədar bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Mən qurumda qlobal futbolun inkişafı şöbəsinə rəhbərlik edirəm.

Komandamla birlikdə oyun məlumatlarının təhlili, FIFA-nın onlayn məşq mərkəzinin fəaliyyəti, ehtiyac duyulan 60 ölkədə fəaliyyət göstərən 60 akademiya vasitəsilə gənclərin inkişafı və dünya üzrə gənclər yarışlarına nəzarət edirəm.

Bundan əlavə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) texniki müşaviri kimi fəaliyyət göstərirəm. Bu strateji planın hazırlanmasında iştirak etməmişəm və layihə barədə ilk dəfə KİV-dən məlumat almışam.

Layihənin dayandırılması tamamilə zəruri və mübahisəsiz qərar idi. Çünki mən futbola sadiqlik, şəffaflıq və dürüstlüklə xidmət edən müstəqil FIFA-nın mövcudluğuna qəti şəkildə inanıram", – deyə Venger bildirib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
04 AUGUST 2026
SON DƏQİQƏ: Hörmüz boğazı açıqdır 18:46 İran İraq və Küveyt sərhədinə qoşun yığır - TƏCİLİ - VİDEO 18:40 İranda güclü partlayış baş verdi - VİDEO 18:29 ABŞ və İran arasında “buzlar əriyir” - İlk ciddi irəliləyiş 18:26 Bu ölkə nüvə tullantılarını “gizlədir” - Dünyada İLK 18:16 Aİ-nin toyuqları Rusiyaya gedə bilmədi 18:10 İsrailin geri çəkilməsi üçün yeni xəritə: Livandan diqqətçəkən təklif 17:48 Ötən ay 11 aptekdə nöqsan aşkarlandı 17:30 724 milyon dollarlıq karyera qazancı: Yokiç rekord qırır! 17:43 Zelenski sərt danışdı: "Rusiya dəli olub" – Bazarda tərəvəz satanı dronla vurmaq... 16:59 T-72: Sovet zirehli texnikasının ən uzunömürlü nümunəsi 17:12 Seutada miqrant böhranında Mərakeş hökümətinin əli var? - İspaniya araşdırır 17:27 Yannik Sinner təcili tibbi müayinədən keçirilir! 17:20 Çoxmərtəbəli binada yanğın: 16 nəfər xilas edildi 17:18 Milyonluq torpaq qalmaqalı: MMA döyüşçüsü hakim önündə! 17:16 İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 All News