Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı

Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı
28.07.2026 09:15 İdman

“Beşiktaş”ın futbol direktoru Öndər Özen Məhəmməd Salahın İstanbul klubuna mümkün transferinin baş tutmaması ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, o, “beIN SPORTS Türkiye” telekanalına müsahibəsində danışıqların müəyyən mərhələdən sonra dayandırıldığını bildirib.

Özenin sözlərinə görə, Misir millisinin hücumçusu ilə danışıqların ilk mərhələsi müsbət keçib.

“Məhəmməd Salah dünya ulduzudur. Onun beynəlxalq nüfuzu çox yüksəkdir. Danışıqların əvvəlində mən və Vinçenso İtalyano onunla üç dəfə görüşdük. Lakin iyulun 21-dən etibarən ilkin müsbət dinamika zəifləməyə başladı”, – deyə klub rəsmisi bildirib.

Öndər Özen əlavə edib ki, “Beşiktaş” rəhbərliyi bu səbəbdən transfer danışıqlarını müvəqqəti dayandırmaq qərarına gəlib.

“Prezidentimiz doğru anda prosesi dayandırdı. Populist qərar vermək əvəzinə realist mövqe sərgilədi. Hazırda Məhəmməd Salah məsələsi bizim üçün təxirə salınıb”, – deyə “Beşiktaş”ın futbol direktoru vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İstanbul təmsilçisinin yay transfer pəncərəsində “Liverpul”dan ayrılan 33 yaşlı Məhəmməd Salahı heyətinə qatmaq üçün danışıqlar apardığı bildirilsə də, tərəflər müqavilə şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Namiq HUN

NEWS FEED
28 JULY 2026
Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN: Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 İspan jurnalistdən Yamal üzərindən diqqətçəkən mesaj 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:42 İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi 09:22 FIFA prezidentindən rəsmi ifadə tələb olundu 09:11 Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı 09:01 All News