Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi

Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi
07.08.2026 09:40 İdman

İyul ayında hakimlik karyerasını başa vuran sabiq ingiltərəli referi Entoni Teylor Türkiyə Futbol Federasiyasının (TFF) Elit Hakimlər Korpusunun direktoru vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 

Bildirilir ki, 47 yaşlı mütəxəssis yeni vəzifəsində Türkiyə hakimliyinin strateji və texniki inkişafına rəhbərlik edəcək. O, həmçinin hakimlik sisteminin UEFA və FIFA standartlarına uyğun təkmilləşdirilməsi, tədris proqramlarının hazırlanması və oyunların təhlili prosesinin inkişafına cavabdeh olacaq.

Entoni Teylor hakimlik fəaliyyəti ərzində İngiltərə Premyer Liqasında 433 oyunu idarə edib. O, klub və milli komandalar səviyyəsində keçirilən çoxsaylı beynəlxalq qarşılaşmalarda da baş hakim kimi çalışıb.

Ümumilikdə 831 oyunda ədaləti qoruyan Teylorun son matçı 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya ilə İspaniya arasında keçirilən və İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatan görüş olub.

Namiq HUN

TodayPress TV

NEWS FEED
07 AUGUST 2026
Azərbaycanda xeyli silah-sursat aşkarlandı 11:14 Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq 10:56 Batan gəmidən kimlər, necə sağ çıxdı? -Anbarlar yandı, pullar batdı, kompensasiya verilmir... 10:41 Çiçarito Ronaldonun görünməyən tərəfini açıqladı 10:33 Avtobus marşrutlarına onlayn bilet satışı artıb - AYNA 10:30 Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 All News