NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu
NBA əfsanəsi Mecik Conson “Los-Anceles Leykers”in yay transfer pəncərəsində həyata keçirdiyi keçidləri yüksək qiymətləndirib.
TodayPress TV xəbər verir ki, Basketbol Şöhrət Zalının üzvü və beşqat NBA çempionu LeBron Ceymsin komandadan ayrılmasından sonra “Leykers”in düzgün istiqamətdə addımlar atdığını bildirib:
“Mən yay fasiləsində demişdim ki, “Leykers” daha gənc, daha atletik və daha sürətli olmalıdır. Onlar da məhz bunu etdilər. Hücum etməyi bacaran və səbətaltını əla qoruyan gənc mərkəz oyunçusu Uoker Kessleri heyətə qatdılar. Həmçinin ikiqat ən yaxşı müdafiə beşliyinə seçilmiş Matis Taybullun transferinə çox sevindim”.
O, komandanın digər yeni oyunçuları barədə də müsbət fikirlər səsləndirib.
“Kollin Sekston və Kventin Qraymsı izləməyi sevirəm. Sekstonun sürəti və çevikliyi, Qraymsın isə həm hücumda, həm də müdafiədə faydalı oyunu onları “Leykers” üçün çox uğurlu transferlərə çevirir”, – deyə NBA əfsanəsi əlavə edib.
Namiq HUN