Azərbaycan Karate-Do federasiyasının prezidenti vəfat etdi - YENİLƏNDİ

Azərbaycan Karate-Do federasiyasının prezidenti vəfat etdi - YENİLƏNDİ
06.08.2025 15:07 İdman

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun vəfat səbəbi açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, A.Məmmədov, Türkiyənin Trabzon şəhərində 47 yaşında həyatını itirib.

Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Ardından onun vəziyyəti daha da pisləşib. Bundan sonra pasiyent müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərində yerləşən xəstəxanaların birinə təxliyə olunub. Burada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 47 yaşlı A.Məmmədov karate üzrə üçqat dünya və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2014-cü ildə “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”, 2015-ci ildə  isə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adlarına layiq görülüb.

***

10:33

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda dünyasını dəyişib. 

TodayPress TV xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

A. Məmmədovun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Namiq HUN

XƏBƏR LENTİ
06 AVQUST 2026
Regional kanallar çökdü, NHL hərəkətə keçdi! 11:48 Ceyhun Bayramov Ukrayna PUA-larının sərgisi ilə tanış oldu 11:37 Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər 11:36 Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət etdi 11:07 "ABŞ hücum etsə, hədəfimizdə olan ölkələr bəllidir" - Tehran hədələdi 10:59 Əhaliyə müjdə: bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz – SİYAHI 11:00 Sabiq “Çelsi”li futbol dünyasının görünməyən üzünü açdı! 10:50 Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA - Ölən və xəsarət alanlar var 10:41 Husilər vurdu, gəmilər körfəzin "boğazında qaldı" 10:37 Bakının bu mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 10:27 FIFA ittihamlara cavab verdi: “Qaydaları pozmamışıq” 10:19 Ceksonun hərəkəti futbol azarkeşlərinin rəğbətini qazandı! 10:16 Sərhəddə atəşkəs yenidən pozuldu - İsrail itki verdi 10:09 Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı 10:01 Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Bütün Xəbərlər