İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət

İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət
17.08.2026 17:35 İdman

İnsan hüquqlarının müdafiəsi məsələləri ilə məşğul olan qeyri-kommersiya təşkilatı “FairSquare” Canni İnfantinonun FIFA prezident seçkilərində dördüncü dəfə namizədliyini irəli sürməsinə qarşı çıxıb.

TodayPress TV “The Athletic”ə istinadən xəbər verir ki, təşkilat FIFA-nın İdarəetmə, Audit və Uyğunluq Komitəsinə göndərdiyi məktubda İnfantinonun dördüncü müddətə namizədliyinin qurumun nizamnaməsinə zidd olduğunu bildirib.

FIFA qaydalarına əsasən, prezident maksimum üç müddət vəzifədə qala bilər. Lakin 2022-ci ildə müvafiq komitə İnfantinonun 2016-2019-cu illərdəki ilk müddətinin hesaba alınmamasına qərar verib. Buna səbəb onun həmin dövrdə istefa verən Yozef Blatterin yarımçıq qalmış müddətini başa çatdırması göstərilib.

“FairSquare” isə bu qərarı qanunsuz hesab edir. Təşkilatın mövqeyinə görə, FIFA nizamnaməsində prezidentin müddətinin nə qədər davam etməsindən və hansı Konqresdə seçilməsindən asılı olmayaraq hər hansı istisna nəzərdə tutulmayıb.

Məsələyə Norveç Futbol Federasiyası da qoşularaq şikayəti dəstəkləyib. FIFA rəhbərliyi ətrafında yaranan digər mübahisələr fonunda İnfantinonun yenidən seçilməsi məsələsinin də çətinləşdiyi bildirilir. Onun siyasətinə UEFA, KONKAKAF və Asiya Futbol Konfederasiyasının da qarşı çıxdığı qeyd olunur.

Namiq HUN

TodayPress TV

NEWS FEED
17 AUGUST 2026
“Qarabağ” - “Şamaxı” matçı başladı 19:41 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 Şəmkirdə ağır qəza: Ölənlər var 18:18 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 3 rusiyalı Azərbaycan tərəfindən təcili axtarışa verildi 18:47 Sakinlərə ŞAD XƏBƏR! Xocasəndə su problemi həll olundu 18:30 Sürücülərin DİQQƏTİNƏ! Bu küçələr bağlanacaq 18:23 Moskva Londona sərt xəbərdarlıq etdi: “Bunun nəticələri olacaq!” 18:14 Hörmüzdən gəmilərin keçidi sərbəst olmalıdır - Ərdoğan 17:44 General-mayor Abbasəli Novruzov dəfn olundu - FOTO 17:21 İnfantinonun dördüncü müddəti sual altında: FIFA-ya rəsmi müraciət 17:35 Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana gətirildi 17:06 “Qarabağ”a “Tvente” oyunu öncəsi zərbə: Cəfərquliyev zədələndi 17:03 Bu tarixdən şagirdlərin elektron yerdəyişməsi başlayır 16:54 Tramp: “İran ağ bayraq qaldırmalıdır” 16:21 TƏBİB-də iki vəzifəli şəxs işdən çıxarıldı - YENİ TƏYİNATLAR - FOTO 16:29 Fariz Əzizova AAYDA-da yüksək vəzifə verildi 16:25 Fernandes üçün transfer savaşı davam edir: “Siti” geri addım atmadı 16:11 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 All News