İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi

İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi
28.07.2026 09:35 İdman

Qadın Milli Basketbol Assosiasiyasının (WNBA) 2026-cı il Ulduzlar Oyunu tarixi göstəriciyə imza ataraq NBA-nın analoji qarşılaşmasını tamaşaçı sayına görə geridə qoyub. 

TodayPress TV xəbər verir ki, “Yahoo Sports” nəşrinin yaydığı məlumata əsasən, WNBA All-Star oyunu tribunlara 19 783 azarkeş cəlb edib. Bu göstərici NBA All-Star 2026 matçını izləyən 15 973 tamaşaçıdan daha yüksək olub və basketbol tarixində ilk dəfə belə hadisə yaşanıb.

Bununla yanaşı, 19 783 tamaşaçı WNBA Ulduzlar Oyununun yeni ziyarətçi rekordu kimi tarixə düşüb. Əvvəlki rekord – 19 487 tamaşaçı – 2007-ci ildə Vaşinqtonda keçirilən qarşılaşmada qeydə alınmışdı. Yeni rekord isə Çikaqodakı United Center arenasında müəyyənləşib.

Görüşün ən dəyərli oyunçusu (MVP) Baqam Adaları basketbolçusu Conkel Cons seçilib. O, matçda 22 xal, 13 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Cons WNBA tarixində müntəzəm mövsümün MVP-si (2021), finalın MVP-si (2024), Komissar Kubokunun MVP-si (2023) və Ulduzlar Oyununun MVP-si (2026) mükafatlarını qazanan ilk basketbolçu olub. 

O, həmçinin "New York Liberty" klubunun tarixində ilk, eləcə də WNBA All-Star oyununda MVP seçilən ilk əcnəbi basketbolçu kimi tarixə düşüb.

Namiq HUN

NEWS FEED
28 JULY 2026
LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN: Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 İspan jurnalistdən Yamal üzərindən diqqətçəkən mesaj 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:42 İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi 09:22 All News