Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı

Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı
11.08.2026 11:05 İdman

UFC-nin Şöhrət Zalının üzvü, keçmiş yarımağır və ağır çəkidə UFC çempionu, hazırda isə təşkilatda analitik və şərhçi kimi fəaliyyət göstərən amerikalı Daniel Kormye Həbib Nurməhəmmədovun Konor Makqreqoru niyə heç vaxt bağışlamayacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, Kormye bu barədə “ALF Global”a müsahibəsində danışıb.

O, Həbibin komandası ilə yaxın münasibətlərinin olduğunu və onların dini inanclarına, ailələrinə yüksək səviyyədə bağlı olduqlarını bildirib.

Kormyenin sözlərinə görə, Makqreqorun etdiyi hərəkətlərdən sonra Həbibin onu bağışlaması mümkün deyil:

“Xəbərim var ki, Həbibin komandasındakı qardaşlarım dinlərinə, inanclarına və ailələrinə nə qədər sadiqdirlər. Buna görə də belə hərəkətlər etdikdə geriyə yol qalmır. Həbib Konora mənim Con Consla davrandığım kimi münasibət göstərə bilməz. O, Konora qarşı çox sərt davranmaq istəyərdi və komandadakı digər şəxslər də eyni hissləri keçirirdilər”.

Kormye əlavə edib ki, Həbiblə Makqreqor arasındakı vəziyyət onun Con Consla münasibətlərinə bənzəyir. Lakin onun fikrincə, amerikalıların bu məsələyə yanaşması fərqlidir.

Namiq HUN

NEWS FEED
11 AUGUST 2026
Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 Bu günə olan valyuta məzənnələri 10:28 All News