Futbol əfsanəsi yeni missiyada – Meksika millisi Markesə əmanət edilir

Futbol əfsanəsi yeni missiyada – Meksika millisi Markesə əmanət edilir
22.04.2026 09:15 İdman

“Barselona” klubunun sabiq futbolçusu və Meksika yığma komandasının keçmiş üzvü Rafael Markes 2026-cı il dünya çempionatından sonra millinin baş məşqçisi olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. 

Bu qərarı Meksika Futbol Federasiyasının direktoru Duilio Davino açıqlayıb. 47 yaşlı mütəxəssislə müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub. Hazırda Markes Xavyer Agirrenin məşqçilər korpusunda çalışır və turnirdən sonra onu əvəz edəcək.

“Rafaellə müqavilə artıq imzalanıb. O, həm köməkçi məşqçi, həm də baş məşqçi kimi futbolçu olduğu dövrdəki kimi komandaya təsir edir”, – deyə Davino bildirib.

Markes məşqçilik karyerasına “Barselona B” sistemində başlayıb. Futbolçu kimi isə Avropa və Meksika klublarında, o cümlədən “Monako” və “Nyu York Red Bulls” komandalarında çıxış edib.

Rafael Markes Meksika yığma komandasının heyətində FIFA Konfederasiyalar Kubokunun qalibi olub və iki dəfə KONKAKAF Qızıl Kubokunu qazanıb.

Qeyd edək ki, Dünya Çempionatında meksikalılar qrup mərhələsində mübarizə aparacaq, turnirdən sonra isə komanda Markesin rəhbərliyi altında yeni dövrə başlayacaq.

Namiq HUN

TodayPress TV

NEWS FEED
07 AUGUST 2026
Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi 10:19 Paşinyan: "Aİİ ilə əməkdaşlıq Ermənistan üçün prioritet olaraq qalır" 10:22 Futbol–tennis mübahisəsi böyüyür: Skoulza çağırış 10:05 Vardanyanın Epşteynlə əlaqəsi: Milyardlıq layihələr... 10:12 Florentino səhv etdi, “Barselona” fürsətdən yararlandı 09:50 Rusiyadan Ermənistana yeni yük: Qatar Azərbaycan üzərindən yola düşəcək 09:45 Sabiq ingiltərəli referiyə Türkiyədən etimad göstərildi 09:29 Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi 09:36 Şotlandiyanı fəth edən Eva Olid indi “Yunayted”dədir 09:35 Azərbaycan nefti bahalaşdı: "Azeri Light"ın qiyməti 93 dolları keçdi 09:39 Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 All News