Ferstappen Alonsonun karyerasına münasibət bildirdi
“Red Bull” pilotu və “Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen “Aston Martin” komandasının təcrübəli pilotu Fernando Alonsonun gələcəyi barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, niderlandlı pilot 44 yaşlı Alonsonun “Formula- 1”də daha yüksək nəticələr göstərməyə layiq olduğunu bildirib.
“Fernando ilə tam razıyam. Əlbəttə, onun demək olar ki, 45 yaşı var və belə vəziyyətdə karyeranı başa vurmaq barədə düşünmək daha asandır. Mən istərdim ki, Fernando 60 yaşına qədər yarışsın, amma “Formula-1”də bu, real görünmür”, – deyə Ferstappen bildirib.
O, həmçinin qeyd edib ki, hazırkı qaydalar və rəqabət səviyyəsi təcrübəli ispaniyalı pilotun potensialını tam göstərməsinə imkan vermir.
“Fernando 21-ci yerdə olmağa layiq deyil. O, ən azı ilk beşlikdə mübarizə aparmalı olan pilotdur. Mənim isə 28 yaşım var və istəsəm, rahatlıqla karyeramı başa vura bilərəm. Ancaq yarışmağı sevirəm və mövcud şərait xoşuma gəlməsə də, işləməyə davam edirəm”, – deyə Ferstappen vurğulayıb.
Namiq HUN