Döyüş dünyasını sarsıdan xəbər: Entoni Smit saxlanıldı
Keçmiş UFC döyüşçüsü Entoni Smit ağır cinayətlərdə ittiham olunaraq saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sherdog” məlumat yayıb.
Bildirilir ki, UFC-də yarıağır çəkidə titul uğrunda mübarizə aparmış Entoni Smit ABŞ-nin Nebraska ştatında həbs edilib.
38 yaşlı idmançı Sarpi dairəsinin həbsxanasına yerləşdirilib. Ona ağır bədən xəsarəti ilə nəticələnən məişət zorakılığı, terror xarakterli təhdidlər və birinci dərəcəli qanunsuz azadlıqdan məhrumetmə ittihamları irəli sürülüb.
Döyüşçünün saxlanılmasına səbəb olan hadisənin təfərrüatları hələ açıqlanmayıb.
Qeyd edək ki, Entoni Smit MMA karyerası ərzində 61 döyüş keçirib, 39 qələbə qazanıb və 22 dəfə məğlub olub. O, 2019-cu ildə UFC-nin yarıağır çəki üzrə çempionluq döyüşündə Con Consla qarşılaşıb və hakimlərin yekdil qərarı ilə uduzub.
Smit 2025-ci ildə UFC-dən ayrıldığını açıqlasa da, peşəkar karyerasını tam başa vurmayıb və əlcəksiz döyüşlər də daxil olmaqla müxtəlif yarışlarda çıxışını davam etdirib.
Namiq HUN