Fransızlar kralın deputatına atəş açdılar, təlim edirik dedilər
İngiltərə ilə Fransa arasında yeni diplomatik mübahisə yaranıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb.
Məlumata görə, Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus "Flamant" patrul gəmisi İngiltərə Kanalında mühafizəkar deputat Kris Filpin (Chris Philp) olduğu qayığın yaxınlığında dənizə 17 dəfə atəş açıb.
Hadisə deputatın qanunsuz miqrant keçidləri ilə bağlı müsahibə verdiyi vaxt baş verib.
Kris Filp baş verənləri "qorxutma cəhdi" kimi qiymətləndirib. Fransa tərəfi isə atəşin adi hərbi təlim çərçivəsində həyata keçirildiyini və insidentin siyasi xarakter daşımadığını bildirib.
Hadisə İngiltərə Kanalında qanunsuz miqrasiya problemi fonunda London və Paris arasında münasibətləri daha da gərginləşdirən növbəti insident kimi qiymətləndirilir.
İnsidentin diplomatik səviyyədə müzakirə olunacağı gözlənilir.
Jalə Rövşən