“Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi

“Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi
10.08.2026 13:21 İdman

“Dinamo Kiyev”in baş məşqçisi İqor Kostyuk Ukrayna Premyer Liqasının II turunda “Veres” üzərində 2:1 hesablı qələbədən sonra komandasının hücumdakı problemləri və sıx oyun qrafiki barədə danışıb.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, ukraynalı mütəxəssis “Dinamo”nun hücumda zəif təsir bağışlaması ilə bağlı fikirlərə münasibət bildirib və “Qarabağ”ın müdafiə baxımından güclü komanda olduğunu vurğulayıb.

“Komandamızın zəif oynadığını deməzdim. Sadəcə, qol imkanlarından istifadə edə bilmirik. Müxtəlif kombinasiyalardan yararlanırıq. Təəssüf ki, yaratdığımız şansları qola çevirə bilmirik.

Bundan əvvəl yaxşı müdafiə olunan rəqiblərlə qarşılaşmışdıq. Həm PAOK, həm də “Qarabağ” çox fəal oynadı. Deməli, hər şey sizin dediyiniz kimi deyil”, – deyə Kostyuk bildirib.

Baş məşqçi həftədə iki oyundan ibarət sıx qrafikin komandaya təsirindən də danışıb. Onun sözlərinə görə, belə bir rejimdə əsas diqqət futbolçuların bərpasına, rəqiblərin və əvvəlki qarşılaşmaların təhlilinə yönəldiləcək.

Kostyuk “Veres”lə matçda geniş rotasiyaya getdiklərini də qeyd edib.

“Böyük rotasiya etdik. “Qarabağ”la oyunda meydana çıxmayan futbolçulara daha çox oyun vaxtı verdik. Onların oyunu yaxşı təsir bağışladı”, – deyə mütəxəssis əlavə edib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
10 AUGUST 2026
Premyer Liqada yeni mövsümün ilk sınaqları bəlli oldu 15:28 “Delfin” tayfunu Çini vurdu: Yüz minlərlə insan təxliyə edildi 14:17 “Əl-Əhli” Rocer İbanesi buraxmır: yeni müqavilə razılaşdırıldı! 15:06 Məişət zorakılığından zərər çəkən 41 nəfərə dəstək göstərildi – 25-i uşaqdır 14:29 Bolqarıstanda partlayış baş verdi - VİDEO 14:51 Kayl Uokerdən iddialı açıqlama: “Premyer Liqaya qayıtmalıyıq” 14:44 Mütəxəssislər onu görməzdən gəlir, Bekker isə böyük gələcək vəd edir 14:31 ABŞ silah istehsalını artırır: Pentaqon hərəkətə keçdi 14:04 LeBron Ceyms tarix yazır: bütün xal hədlərində ən gəncdir! 14:55 Neftin qiyməti artdı 13:54 Hərbi əməliyyatların ANONSU verildi – 14 ölkə müharibəyə qoşula bilər 13:46 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 14:00 FIFA-da böhran böyüyür: üç konfederasiyadan araşdırma tələbi 13:43 Heç nə dəyişmədi, amma hər şey dəyişə bilər... - Paşinyan Ermənistanı hara aparır ? 13:34 Azərbaycan və Ukrayna səhiyyə sahəsində əməkdaşlıq edəcək 13:41 Azərbaycanın Belçikadakı səfiri geri çağırıldı 13:36 İranın iki yüksəkvəzifəli şəxsi Pakistana gedir – SƏFƏRİN SƏBƏBİ 13:17 Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi 13:34 Azərbaycanın Polşadakı səfiri geri çağırılıb, yenisi təyin olundu 13:31 Azərbaycanın İsveçrədəki səfiri geri çağırıldı 13:28 “Klippers”dən rekord transfer: NBA-nın ən qısa və ən uzunboylusu bir arada! 13:25 “Dinamo”nun məşqçisi “Qarabağ”ın gücünü etiraf etdi 13:11 Lisenziyasız kosmetoloqla bağlı Səhiyyə Nazirliyi hərəkətə keçdi 13:04 Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları! 13:07 Azad edilmiş ərazilərdə 891 mina və sursat zərərsizləşdirildi – 1 581 hektar təmizləndi 12:57 All News