Azərbaycanlı velosipedçi Çində rəqiblərini geridə qoydu!
Azərbaycanın şosse velosipedi üzrə qadınlardan ibarət Elit yığma komandasının üzvü Viktoriya Sidorenko Çin Xalq Respublikasının “Pardus MK Women’s Cycling Team” komandasının heyətində növbəti yarışda iştirak edib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Viktoriya Sidorenko birgünlük yarışda finiş xəttini ikinci keçib.
Velosipedçimiz bundan əvvəl iki mərhələdən ibarət yarışın ilk günündə birinci, ikinci günündə isə üçüncü yeri tutaraq ümumi təsnifatın qalibi olub.
Qeyd edək ki, Viktoriya Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şosse velosipedi üzrə Avropa çempionatına hazırlıq keçir.
Namiq HUN