Azərbaycan millisindən Tiranada növbəti sınaq

Azərbaycan millisindən Tiranada növbəti sınaq
25.04.2026 10:24 İdman

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir. 

TodayPress TV xəbər verir ki, bu gün Azərbaycanın 8 sərbəst güləşçisi döşək üzərinə çıxacaq.

Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) qitə çempionatının mükafatları uğrunda mübarizə aparacaqlar.

Bu gün, həmçinin İslam Bazarqanov (57 kq) qızıl medal uğrunda güləşəcək.

Cəbrayıl Hacıyev bürünc medal qazanmaq şansını qaçırmamağa çalışacaq. Rəşid Babazadə (65 kq) isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. 

Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimiz komanda hesabında Avropa çempionatının qalibi olub. Güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) yarışın qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. 

Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) Tirana turnirinin bürünc medallarına sahib çıxıblar. 

Namiq HUN

TodayPress TV

NEWS FEED
07 AUGUST 2026
Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Ukraynadan 2 min kilometrlik zərbə - Anbaan video 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Yağış suyu isti havalarla mübarizə apara bilər 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 All News