Azərbaycan millisi inanılmaz kambeklə qələbə qazandı
Basketbol üzrə 18 yaşlı oğlanlardan ibarət komandamız Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatının B divizionunda növbəti qrup oyununu Portuqaliya seçməsinə qarşı keçirib.
TodayPress TV xəbər verir ki, U-18 millimiz qrupda ikinci qələbəsini qazanıb.
Millimiz oyunun ilk hissəsində rəqibə məğlub olsa da, ikinci hissədə geridönüş edərək meydandan 52:50 hesablı qələbə ilə ayrılıb. Komandamızın heyətində görüşün ən dəyərli basketbolçusu 18 xal, 12 ribaundla Emanuel Aqbason seçilib.
Bu qələbədən sonra U-18 millimiz 2 qələbə və 2 məğlubiyyətlə qrupda 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, yığmamız qrupda sonuncu oyununu iyulun 29-da Çexiya seçməsinə qarşı keçirəcək.
Namiq HUN