4 boksçumuz Dünya kubokunda medal təmin etdi

4 boksçumuz Dünya kubokunda medal təmin etdi
25.04.2026 12:45 İdman

Braziliyada keçirilən boks üzrə Dünya kuboku turniri davam edir. 

TodayPress TV xəbər verir ki, Azərbaycanın Fos-du-İquasu turnirinin 1/4 final mərhələsində rinqə çıxan 4 idmançısının hamısı yarımfinala vəsiqə əldə edib.

Sübhan Mamedov (50 kq) Ermənistan boksçusu Rudolf Qarboyan üzərində qələbə qazanıb. Mamedov finala aparan yolda qırğız Anvarjan Xodjiyevlə üz-üzə gələcək.

Nəbi İsgəndərov (70 kq) 1/4 finalda qazaxıstanlı Farux Toxtassunovu mübarizədən kənarlaşdırıb. İsgəndərov yarımfinalda Braziliya boksçusu Kaian Reisi sınağa çəkəcək.

Səidcəmşid Cəfərov (75 kq) turnirdə Qazaxıstanı təmsil edən Sanjar-Ali Beqaliyevə qalib gəlib. Boksçumuz finala gedən yolda italiyalı Qabriel Quidi Rontani ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) 1/4 finalda hər 3 raundu aktivinə yazaraq xorvat Luka Pratljaçiçi rinqə çıxmaqda peşman edib. O, yarımfinalda Norveç boksçusu Omar Şina ilə döyüşəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinə yüksələn 4 boksçumuzun hər biri özü üçün Dünya kubokunun bürünc medalını təmin edib.

Namiq HUN

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 All News