“Köksən” ifadəsi boşanmalara təsir göstərə bilməz - Millət vəkili

“Köksən” ifadəsi boşanmalara təsir göstərə bilməz - Millət vəkili
23.02.2026 18:13 Gündəm

Azərbaycanda ailədaxili münasibətlərlə bağlı yeni hüquqi yanaşma müəyyən edilib. 

Qəbul olunan qərara əsasən, həyat yoldaşının xarici görnüşü ilə bağlı alçaldıcı ifadələr işlətmək - məsələn, "köksən", "gözəl deyilsən" kimi sözlər demək müəyyən hallarda qanun pozuntusu kimi qiymətləndirilə bilər. 

Hüquqi və Demokratik İslahatlar Mərkəzi-nin sədr müavini, sosioloq Elçin Bayramlı bu barədə TodayPress TV-yə danışarkən  bildirib ki, son illər müşahidə olunan qlobal tendensiyalar Azərbaycan ailə institutuna da təsirsiz ötüşmür və bu, boşanmaların artmasında özünü göstərir.  


Onun sözlərinə görə, bu proses boşanmaların artmasına səbəb olur:

"Azərbaycanın ailə institutuna da müəyyən təsirlər var. Boşanmalar artıb, ailə münaqişələri və mübahisələri çoxalıb. Dövlət ailə institutunun möhkəmləndirilməsi istiqamətində addımlar atır və bu baxımdan Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun qərarı mühüm əhəmiyyət daşıyır. Ali Məhkəmənin Plenumunun verdiyi qərar ailələrin müəyyən hüquq və öhdəliklərinin tənzimlənməsi məsələsinə çox ciddi təsir göstərəcək. Çünki görürük ki, ailədaxili münaqişələrin, hətta boşanmaların və bəzi faciəvi hadisələrin səbəbində çox vaxt sadə görünən məsələlər dayanır".

Sosioloq vurğulayıb ki, bir-birini qınamaq, təhqir etmək, başqalarının yanında alçaltmaq və ya həyat yoldaşı haqqında mənfi fikirlər yaymaq son nəticədə ağır nəticələrə gətirib çıxara bilər:


“Ailədə tərəflərin yalnız hüquqları deyil, eyni zamanda mənəvi, sosial və hüquqi öhdəlikləri də mövcuddur. İnsanlar başa düşməlidirlər ki, ailə qarşılıqlı etimad, hörmət və qayğı əsasında qurulur. Burada hüquqla yanaşı, vəzifə və öhdəliklər də var və bunlar yerinə yetirilməlidir. Ailədaxili təhqiramiz ifadələr psixoloji zorakılıq formasıdır və insanın sosial nüfuzuna zərər vurur. Hər bir ailə üzvü digərinin mənafeyini, şərəf və ləyaqətini qorumalı, onun haqqında başqa yerlərdə mənfi ifadələr işlətməməli, psixoloji təzyiq vasitəsi kimi təhqiramiz ifadələrdən istifadə etməməlidir".

Sosioloq əlavə edib ki, ailə daxilində həm mənəvi, həm də hüquqi məsuliyyətin dərk edilməsi sağlam münasibətlərin formalaşmasına xidmət edir:

"Dövlətin təməlində sağlam cəmiyyət dayanır, sağlam cəmiyyətin əsas institutu isə ailədir. Sağlam ailələr olarsa, biz gələcəyə sağlam vətəndaşlar yetişdirər, möhkəm cəmiyyət formalaşdırar və güclü dövlət qurarıq. Bu baxımdan atılan bu kimi addımları təqdirəlayiq hesab edir və müsbət qiymətləndirirəm".

Milli Məclisin deputatı Fazil Mustafa isə ailə münasibətlərində alçaldıcı ifadələrin qanun pozuntusu kimi qiymətləndirilməsi məsələsinə münasibət bildirib.


Deputatın sözlərinə görə, həyat yoldaşının xarici görünüşü ilə bağlı “köksən”, “gözəl deyilsən” kimi ifadələrin işlədilməsi boşanmalara ciddi təsir göstərən amil kimi qiymətləndirilə bilməz:

"Məncə, bu məsələlər boşanmaya təsir edən amillər deyil. Boşanmanı bununla arqumentləşdirmək, açığı, o qədər də ciddi səslənmir. Təbii ki, indi insanlar daha mehriban ifadələr işlətməlidirlər. Amma bizim leksikonumuzda kobud ifadələrin, söyüşlərin olması müəyyən dərəcədə ədəbi dilimizin tarixi inkişaf prosesində sağlam mühitin formalaşa bilməməsindən irəli gəlir".

Deputat deyib ki, cəmiyyətdə mədəni ünsiyyət komponentinə yetərincə önəm verilməməsi bu cür ifadələrin geniş yayılmasına səbəb olur:

"İnsanların böyük bir qismi mahiyyət etibarilə yetərincə bilgili olmadığına və insan münasibətlərində mədəni komponentə bəzən dəyər vermədiyinə görə bu söyüş leksikonu daha güclüdür. Bunlar isə, məncə, adi rituallar, gündəlik baş verən və tez-tez işlədilən ifadələrdir". 

Parlamentari bu kimi ifadələrə görə hüquqi məsuliyyət müəyyənləşdirilməsinin doğru olmadığını vurğulayıb:


"Ona görə də bu ifadələrə görə hər hansı bir məsuliyyət müəyyənləşdirilməsi doğru deyil. Biz mahiyyətcə hüququ daha ciddi pozuntulara yönəltməliyik. Əgər söhbət boşanmadan və ailə münasibətlərindən gedirsə, hüququn tənzimlənmə mexanizmini daha ciddi səbəblər üzərində düşünməliyik".

Qeyd edək ki, məsələ "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Ali Məhkəmə Plenumunun Qərarında əksini tapıb. Qərara əsasən, ailə üzvünün şəxsi və ailə sirrini yaymaq, onun bəyənilmədiyini nümayişkaranə şəkildə bildirmək və ya alçaldıcı ifadələrlə nüfuzuna xələl gətirmək hüquqi məsuliyyət yarada bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 All News