Enerji böhranına doğru: QİYMƏT ARTIMI VƏ QITLIQ SİQNALLARI

Enerji böhranına doğru: QİYMƏT ARTIMI VƏ QITLIQ SİQNALLARI
28.03.2026 13:46 Gündəm

"Hörmüz boğazında risklər qlobal enerji bazarında qiymət artımı və qıtlıq ehtimalını gücləndirir".

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov özünün “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.


O, bildirib ki, Hörmüz boğazından neft məhsullarının daşınması ilə bağlı çətinliklər enerji idxalçısı olan dövlətlərdə yalnız benzin qiymətlərinin yüksəlməsi deyil, bəzi hallarda yanacaq qıtlığı ilə də müşahidə olunur.

“ ABŞ-də benzinin 1 qalonun qiyməti mart ayının geridə qalan günlərində hər qalon üçün 2.81 dollardan orta hesabla 3.98 dollaradək yüksəlib. Bəzi ştatlarda isə benzinin hər qalonu 4.6 dollara təklif edilir. Qeyd edək ki, 1 qalon 3.78 litrdir”.

Millət vəkili vurğulayıb ki, Avropa İttifaqında (Aİ) isə 1 litr benzinin orta qiyməti 1.78 avroyadək yüksəlib və bəzi üzv ölkələrində qiymət artıq 2 avroya çatıb. 

“ 2025-ci ildə 336.7 milyard avro enerji məhsulları idxal edən Aİ-də son hadisələr bazarda volatilliyinn güclənməsi ilə yanaşı, yanacaq qıtlığına da səbəb ola bilər". 

O əlavə edib ki, ötən il Aİ yanacaq üçün neftin 15.1 faizinni Birləşmiş Ştatlardan, 14.4 faizini Norveçdən və 12.7 faizini Qazaxıstandan idxal edib.

"Dünya enerji məhsullarınn 20 faizinin keçdiyi Hörmüz boğazı vasitəsi ilə Avropa İttifaqı neft istehlakının 6.2 faizini reallaşdırır".

Onun sözlərinə görə, qlobal ortalama ilə müqayisədə ittifaqın boğazdan asıllığı nisbətən az olsa da, bir sıra dövlətlərin benzin ixracatını məhdudlaşdırılması “köhnə qitənin” bazarına təsirsiz ötüşməyə bilər.

“Göründüyü kimi, dünya neft bazarı yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə bir sıra inkişaf etmiş dövlətlərdə sadəcə qiymət sıçrayışları deyil, həmçinin benzin doldurma məntəqələrində uzun növbələr də müşahidə edilə bilər.”

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər