Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
31.07.2026 17:25 Cəmiyyət

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Qərar imzalayıb.

Qərarla Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi də təsdiq edilir (Əlavə olunur).

Mərkəzi Komissiya:

bu Qərarın icrası ilə bağlı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin, onların qarşılıqlı fəaliyyətinin təmin edilməsi və yaranan problemlərin operativ həlli üçün zəruri tədbirlər görəcək;

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdimatı əsasında bu Qərarın 3 nömrəli əlavəsində nəzərdə tutulmuş siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının və siyahıyaalma məntəqələrinə cəlb ediləcək şəxslərin xidmət haqlarının məbləğlərinin müəyyən edilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək;

əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin icra vəziyyətini mütəmadi nəzərdən keçirsin və bu Qərarın icrasının gedişi barədə hər 6 (altı) aydan bir Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edəcək.

Qərara əsasən, Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-i saat 00:00 vəziyyətinə keçirilir. Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə

2028-ci il oktyabrın 1-dən 31-dək Xaçmaz rayonunda əhalinin sınaq siyahıyaalınması keçiriləcək.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsini, onun keçirilməsini, yekunlarının işlənilməsini və nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə bu Qərarın 3 nömrəli əlavəsində göstərilən vəzifələr üzrə işçilərdən ibarət siyahıyaalma qrupu yaradacaq, qrupun işçi sayını hər il üçün həmin əlavə ilə müəyyən edilmiş həddə uyğun formalaşdırsın və işçilərin müddətli əmək müqaviləsi əsasında işə qəbulunu təmin edəcək.

XƏBƏR LENTİ
31 IYUL 2026
Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 Bütün Xəbərlər