Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI

Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI
04.08.2026 14:53 Dünya

Tehran Xəzər dənizi üzərindən İran və Rusiya arasında yük daşıyan gəmiyə edilən hücumdan sonra Ukrayna ərazisindəki üç obyektə zərbə endirməyi nəzərdən keçirib.

TodayPress TV xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xameneinin hərbi müşaviri Möhsün Rzai bildirib.

Rzainin sözlərinə görə, Ukrayna tərəfinin hadisənin səhv nəticəsində baş verdiyini bildirərək üzr istəməsindən sonra planlaşdırılan əməliyyat dayandırılıb. 

"Biz Ukrayna ərazisindəki üç obyektə zərbə endirməyə hazır idik. Lakin onlar bunun səhv olduğunu bildirdikdən sonra cavab tədbirlərini dayandırdıq və onların açıqlamasını araşdırmağa qərar verdik. Bu, səhv olsa belə, yenə də kompensasiya tələb edir", – deyə o vurğulayıb.

Xatırladaq ki, iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyi, hadisə nəticəsində ekipaj üzvlərindən birinin həlak olduğu barədə məlumat yayılmışdı. İran tərəfi bu hadisəyə görə Kiyevdən izahat və kompensasiya tələb etdiyini bəyan edib. 

NEWS FEED
04 AUGUST 2026
İtaliya–İspaniya arasında Şengen məhdudiyyəti 16:47 Zeynəb Sultanova finala yüksəldi, medal hədəfinə yaxınlaşdı! 17:03 Britaniyanın iki həftəlik baş naziri "çomadanını topladı", tənqid olundu 16:47 FIFA-nın vədi hələ də yerinə yetirilməyib! 16:48 Yokiçə sərt mesaj: Əvvəl Cokoviçi keç, sonra zirvəyə qalx! 16:34 Aİ qanunsuz miqrantları Ermənistanda yerləşdirəcək? - "Bizim xəbərimiz yoxdur" 16:18 Venger FIFA qalmaqalı ilə bağlı susqunluğunu pozdu! 16:14 Gözlənilməz transfer! Peres “Red Bull” sirrini açıqladı 15:55 Netanyahu ordunu ayağa qaldırır - Nişangahda kim var ? - İran, Livan, Qəzza, yoxsa Suriya 15:51 Avrokuboklarda intizam sistemi tam dəyişdi! 15:44 İtaliyada zəlzələdən sonra qatarların hərəkəti dayandırıldı 15:32 Elvin Yunuszadə karyerasında yeni səhifə açdı! 15:34 Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Ukraynanı vurmağa çox az qalmışdı - İRANLI GENERAL DANIŞDI 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 İsveçrə XİN rəhbəri: Minaların təmizlənməsi Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biridir 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 ATƏT sədri: Azərbaycan və Ermənistan arasında davamlı sülh artıq əlçatandır 13:33 All News