Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu

Ukraynadan sonra növbəti ən böyük yardımı alan ölkə bəlli oldu
22.06.2026 19:21 Dünya

Moldova Avropa İttifaqının (Aİ) bu ölkə üçün İnkişaf Planında nəzərdə tutulmuş bütün islahatların yerinə yetirilməsi şərtilə bu ilin sonunadək əlavə olaraq 523 milyon avro dəstək ala biləcək.

TodayPress TV xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-Moldova sammitinin yekunlarına dair Aİ Şurasının sədri Antonio Koşta və Moldova Prezidenti Maya Sandu ilə keçirilən birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Kişineu islahatların 93 %-ni artıq yerinə yetirib. "Bu, artıq ölkəniz üçün 504 milyon avro Avropa vəsaitinin blokdan çıxarılmasına imkan verib", - deyə AK rəhbəri bildirib.

Onun sözlərinə görə, əlavə vəsaitlər yolların və körpülərin inşasına, tibbi infrastrukturun modernləşdirilməsinə, şirkətlərin maliyyələşdirməyə çıxışının genişləndirilməsinə və vətəndaşlar üçün yeni imkanların yaradılmasına yönəldilə bilər.

Fon der Lyayen həmçinin bildirib ki, Moldovaya artıq 200 milyon avro ayrılıb və bu, Moldovanı Avropa Sülh Fondu xətti ilə Ukraynadan sonra ikinci ən böyük ikitərəfli yardım alan ölkə edir.

Onun sözlərinə görə, Aİ 2026-cı ildə ölkənin təhlükəsizlik sahəsində ehtiyaclarına yönəlmiş 120 milyon avroluq yeni dəstək paketi hazırlayır. Bundan əlavə, ittifaq Moldovanın hibrid təhdidlərə qarşı dayanıqlığının artırılmasına 11 milyon və sərhəd infrastrukturunun inkişafına 17 milyon avro ayıracaq.

Avropa Komissiyasının rəhbəri bildirib ki, ötən həftə üzvlüklə bağlı ilk danışıqlar klasterinin açılması Moldovanın Aİ-yə üzvlük yolunda tarixi mərhələ və Rusiyanın təzyiqlərinə, hibrid hücumlarına baxmayaraq, ölkənin apardığı islahatların tanınması olub.

TodayPress TV

NEWS FEED
11 AUGUST 2026
Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Balakəndə faciə: Toyuna 17 gün qalmış ailəsi ilə birlikdə həyatını itirdi 14:07 İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət 13:51 Rusiyanın Ukraynadakı hədəfləri açıqlandı - ŞOK SSENARİ 13:44 “Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!” 13:23 Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu 13:27 MotoGP üçün fərqli strategiya: qəza, əməliyyat və geri dönüş göstərilsin! 13:04 TIR-la minik maşını toqquşdu, xəsarət alanlar var - FOTO 13:14 Bəşər Əsəd və yaxınları ölüm cəzasına məhkum edildi – QƏRAR 13:09 Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 All News