Türkiyə gəmiləri Hörmüz boğazını təhlükəsiz tərk etdi - RƏSMİ

Türkiyə gəmiləri Hörmüz boğazını təhlükəsiz tərk etdi - RƏSMİ
26.06.2026 20:15 Dünya

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz boğazı və Bəsrə körfəzində gözləyən ölkəyə aid gəmilərin təhlükəsiz şəkildə bölgəni tərk etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Uraloğlu "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumatda bildirib ki, bölgədəki vəziyyət ilk gündən etibarən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə izlənilir.

Onun sözlərinə görə, iyunun 26-na olan vəziyyətə əsasən, müvafiq ərazidə gözləyən bütün gəmilər təhlükəsiz şəkildə çıxış edib.

"Ümumilikdə 15 gəmi təhlükəsiz şəkildə bölgəni tərk edib. Körfəzdə fəaliyyətini davam etdirən Türkiyəyə məxsus üç gəmi isə kommersiya fəaliyyətini davam etdirdiyi üçün bölgədən ayrılmaqla bağlı müraciət etməyib", – deyə nazir qeyd edib.

A. Uraloğlu əlavə edib ki, sözügedən gəmilərdə ümumilikdə 99 Türkiyə vətəndaşı heyət üzvü var və hazırda Bəsrə körfəzindən ayrılmaq istəyən hər hansı Türkiyə gəmisinin müraciəti daxil olmayıb.

Nazir vurğulayıb ki, Türkiyə vətəndaşlarının və dənizçilərin təhlükəsizliyi ilə bağlı proses həssaslıqla izlənilməyə davam edir.

TodayPress TV

NEWS FEED
11 AUGUST 2026
Alman nəhəngindən Premyer Liqa ulduzuna hücum! Tyaqo gündəmdə 13:00 Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO 12:57 Sabah hava necə olacaq ? 12:42 Uitkoff Naxçıvanla bağlı açıqlama verdi 12:48 Gənc superistedad “Çelsi”yə gedir! Transfer başa çatmaq üzrədir 12:32 Bəzi yerlərdə leysan yağıb 12:26 Tramp İran üçün 3 ssenarini açıqladı – “Çox sərt zərbə vura bilərik” 12:21 Husilər Səudiyyə gəmisini vurdu - ekipaj üzvləri həlak oldu 12:16 PSJ gələcəyin ulduzunu tapdı! 16 yaşlı hücumçu Parisə gedir 12:06 Gözlər İlham Əliyevin Naxçıvana tarixi səfərində - Müharibədən sonra ilk 12:09 Balakəndə ağır qəzada bir ailənin 3 üzvü öldü 12:01 “Qalatasaray” Ukrayna millisinin gənc ulduzunu istəyir! 11:44 Böyrək daşı riskini artıran qidalar açıqlandı 11:11 Xəzəryanı ölkələr İranda toplanacaq 11:51 FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək! 11:33 Canlı efirdə Britaniya kralının ölüm xəbəri yayımlandı 11:38 Duşan Vlahoviç Türkiyəyə gəlir! “Beşiktaş”la razılıq əldə olundu 11:29 Sosial jetlag yuxu rejimini poza bilər 11:07 Ədliyyə sistemində dəyişiklik edildi 11:18 Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan 11:15 Qaluzin Ermənistanla bağlı açıqlama verdi 11:12 Həbibin Makqreqora qəzəbi bitmir! Kormye səbəbi açıqladı 11:05 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 "Avtomobilləri arxadan çəkən radar"la bağlı NİİM-dən AÇIQLAMA 10:51 Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO 10:43 All News