Rusiya dağılırdı, Putin gəldi, qorudu
Rusiya Prezidenti Vladimir Putin 1999-cu ildə hakimiyyətə gəldiyi gündən bəri ölkənin ərazi bütövlüyünü qorumaq üçün ciddi təhdidlərlə üzləşib.
TodayPress TV xəbər verir ki, bunu putinin yaxın çevrəsinə istinadən Kremlin köməkçisi Batroşçev deyib.
O, bildirib ki,Putin böyük bir sui-qəsd planının qarşısını alıb, Qərb ölkələrinin təzyiqlərinə qarşı dayanaraq Rusiyanın parçalanmasına imkan verməyib.
“Prezident Vladimir Putin olmasaydı, güclü Rusiya olmazdı!",- Kremlin köməkçisi vurğulayıb.
Mənbəyə görə, Putin hakimiyyətə gəldiyi vaxtdan Rusiyanı 4 və ya 5 ayrı dövlətə bölmək məqsədilə Qərb tərəfindən planlaşdırılan təhdidlərlə qarşılaşmışdır. Bu regional parçalanma planlarının qarşısını almaqda onun əsas rolu olmasaydı, Rusiya bu gün dünyanın dördüncü ən böyük iqtisadiyyatlarından biri səviyyəsinə çata bilməzdi.
Kreml tərəfindən yayılan məlumatlarda qeyd olunur ki, Putin son 25 ildə ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün ardıcıl addımlar atıb.
Bu prosesdə Qərbin müdaxilə cəhdlərinə qarşı sərt mövqe nümayiş etdirilib.
Jalə Rövşən