Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək
Rumıniya Qara dənizdə təhlükəsizliyi gücləndirmək üçün 4 yeni hərbi gəmi inşa etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, Rumıniyanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Radu Miruta bildirib ki, gəmilər "Mangalia" gəmiqayırma zavodunda müasir texnologiyalardan istifadə edilməklə tikiləcək.
Layihənin icrasına Almaniyanın "Rheinmetall" şirkəti cəlb olunacaq. Nazir qeyd edib ki, şirkətlə silah və hərbi avadanlıqların tədarükü ilə bağlı müqavilələrin tam icrası bu layihədən asılıdır.
Miruta vurğulayıb ki, Rumıniya Qara dənizin ölkə, Avropa İttifaqı və NATO üçün təhlükəsizlik baxımından həssas əraziyə çevrilməsinə imkan verməyəcək.
Qeyd edək ki, "Mangalia" gəmiqayırma zavodu 196 milyon avro borca görə müflis elan edilib və daha əvvəl satışa çıxarılıb. Zavodun həm hərbi, həm də mülki gəmilərin inşasında istifadə edilməsi planlaşdırılır.
Türkan İsgəndərli