Ərdoğan: "Məkkə ittifaqına başqa ölkələr də qoşula bilər"

Ərdoğan: "Məkkə ittifaqına başqa ölkələr də qoşula bilər"
17.08.2026 10:47 Dünya

"Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi digər ölkələrin də qoşulmasına açıqdır".

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, üç ölkədən hər hansı birinə xaricdən hücum edilərsə, tərəflər birgə şəkildə zəruri addımlar atacaq. O, bu mexanizmin NATO-nun 5-ci maddəsindəki kollektiv müdafiə prinsipinə bənzədiyini qeyd edib.

Ərdoğan sazişin yalnız Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla məhdudlaşmadığını vurğulayıb.

Prezident əlavə edib ki, digər ölkələr də ittifaqa qoşula bilər. Türkiyə lideri xüsusilə Misirin adını çəkərək, Qahirənin istədiyi halda sazişə qoşulması üçün qapıların açıq olduğunu bildirib.

Qeyd edək ki, üç ölkə Məkkə Birgə Müdafiə Sazişini 7 avqust 2026-cı ildə imzalayıb. Saziş qarşılıqlı müdafiə ilə yanaşı, birgə hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sənayesi sahəsində əməkdaşlığı da nəzərdə tutur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 AVQUST 2026
Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Ay tutulması yaxınlaşır: Azərbaycanda cəmi 32 dəqiqə görünəcək 10:56 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 11:34 Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək 10:51 16 yaşlı qızın toyunun qarşısı alındı 10:46 Ərdoğan: "Məkkə ittifaqına başqa ölkələr də qoşula bilər" 10:26 Superkubok şoku! Enrike PSJ-nin məğlubiyyətinə səbəb göstərdi 10:31 UFC-də zəfər! Maxaçev İen Qerrini məğlub edərək seriyanı uzatdı 09:46 FHN 46 nəfəri xilas etdi 09:58 Rodri “Barselona” yolunda! Transferin məbləği açıqlandı 09:44 Hindistan Məbədində izdiham: 7 nəfər öldü, onlarla yaralı var 09:54 “Arsenal”da möhtəşəm başlanğıc: Kalafyori 58 illik rekordu yenilədi! 09:42 İndoneziyada güclü zəlzələ oldu 09:50 Mauro İkardi üçün İtaliya variantı: “Latsio” ulduz hücumçunu istəyir! 09:39 Belqoroda raket hücumu: 6 nəfər öldü, yaralananlar var 09:37 Bürünc medaldan sonra yeni ünvan: Maykl Mur yeni klubunu seçdi! 09:29 Aİ Rusiyaya qarşı ən sərt sanksiya paketini hazırlayır 09:27 Avrokuboklar səbəbilə Premyer Liqada iki matçın taleyi dəyişdi! 09:20 Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı 09:33 NBA rekordçusu Uestbruk karyerasını gözlənilmədən başa vurdu! 09:22 Hörmüzdə gizli neft oyunu: Dünya bazarı böhrandan necə qorunur? 23:57 Bir avtomobilə 40 milyon dollar verdilər – Dünya rekordu qırıldı 23:52 Avropanın mikroölkəsində qadınlar da taxta çıxa biləcək 23:45 Uzun müddət ac qalmaq kimlər üçün təhlükəlidir? - Həkimdən XƏBƏRDARLIQ 23:40 HƏMAS silahı yerə qoysa, İsrail Qəzzadan geri çəkiləcək - Sülh Şurası 23:37 Bütün Xəbərlər