Ukrayna Rusiyanın müdafiə zavodunu vurdu - VİDEO

Ukrayna Rusiyanın müdafiə zavodunu vurdu - VİDEO
01.07.2026 08:27 Dünya

Rusiyanın Penza şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

TodayPress TV xəbər verir ki, məlumata görə, şəhərin şərq və mərkəzi hissələrində partlayışlar baş verib, bəzi ərazilərdə isə yanğınlar müşahidə olunub.

Hücum nəticəsində müdafiə sənayesi müəssisəsi Mayak zavodu zərər görüb. Mayak Rusiyanın müdafiə sənayesi kompleksinə daxil olan strateji əhəmiyyətli müəssisədir. Zavod radioelektron aparatura, idarəetmə cihazları, rabitə sistemləri və hərbi təyinatlı məhsullar istehsal edir. Bu tip müəssisələr Rusiyanın ordusunu avadanlıq və elektronika ilə təmin edən əsas təchizatçılardan biri hesab olunur.

Hadisə yerlərinə xilasetmə qrupları cəlb edilib.

Rusiya tərəfi hava hücumundan müdafiə qüvvələrinin bir neçə dronu vurduğunu açıqlayıb. Rəsmi məlumata əsasən, partlayışlar dron qalıqlarının düşməsi və ya zərbələr nəticəsində sənaye obyektlərində baş verib.

Penza qubernatoru təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib. Hadisə nəticəsində dəyən zərər və mümkün itkilərlə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

Qeyd edək ki, Penza son aylarda Ukraynanın dron hücumlarının hədəfi olan Rusiya şəhərlərindən biri kimi diqqət çəkir. Burada müdafiə sənayesi və logistika obyektləri yerləşir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 AVQUST 2026
Yunanıstan tankerinə hücum edildi 10:14 Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Rusiyanın paytaxtında çətin anlar: Dronlar "Wildberries" anbarını vurdu 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 İsveç Rusiya ticarətinə qarşı hərəkətə keçdi: Stokholmda nə baş verir? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Kreyçlou geri döndü, amma etiraf etdi: “Daimi yarışmaq istəmirəm” 08:36 Kolumbiyada zəlzələ böyük dağıntıya səbəb oldu – Zərərin məbləği açıqlandı 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Bütün Xəbərlər