"Onları Rusiyadan qorumaq üçün 1 trilyon xərclədik..."
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin müdafiə xərcləri ilə bağlı növbəti dəfə sərt açıqlamalar verib.
TodayPress TV xəbər verir ki, Tramp çıxışı zamanı İspaniyanı alyans qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
"İspaniya heç nəyə qoşulmur. Biz onları sonsuza qədər qoruya bilmərik. Onlarla ticarət aparmağa da məcbur deyilik. Hamı ödəniş edir, çalışır, amma başda İspaniya olmaqla bəzi ölkələr düşmən mövqeyi sərgiləyir", – deyə ABŞ prezidenti bildirib.
Tramp əlavə edib ki, ABŞ uzun müddət Avropa ölkələrini Rusiyadan qorumaq üçün böyük vəsait xərcləyib.
"Qısa müddətdə bu ölkələri Rusiyadan qorumaq üçün 1 trilyon dollar xərclədik. NATO-ya 100 faiz ödəniş edən bizik. Bir çox ölkə isə ümumiyyətlə ödəniş etmir", – deyə o vurğulayıb.
ABŞ prezidenti həmçinin Qrenlandiya məsələsinin Vaşinqton üçün mühüm əhəmiyyət daşıdığını bildirərək, bu mövzunu NATO sammitində qaldıracağını qeyd edib.
Qiymət Mahir