Netanyahunun ofisi: “Madlin”ni ələ keçirmə əməliyyatı beynəlxalq hüquqa uyğundur

Netanyahunun ofisi: “Madlin”ni ələ keçirmə əməliyyatı beynəlxalq hüquqa uyğundur
09.06.2025 14:10 Dünya

İsrail ordusunun “Madlin” gəmisini saxlamaq əməliyyatı beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman "X"da məlumat verib.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin əməliyyatı “çevik, peşəkar və beynəlxalq hüquq normalarına tam uyğun şəkildə” baş tutub. “İsrail quruda, havada və dənizdə öz təhlükəsizliyini pozmağa yönəlmiş istənilən cəhdin qarşısını qətiyyətlə almaqda davam edəcək”, - deyə Hendelman bildirib.

O əlavə edib ki, İsrail Qəzza zolağına mövcud dəniz blokadasını pozmaq cəhdlərini HƏMAS təşkilatına "şüurlu dəstək" kimi qiymətləndirir. Hendelmanın sözlərinə görə, müdafiə naziri İsrael Katsın göstərişi ilə gəmidəki sərnişinlərə 7 oktyabr 2023-cü il tarixində İsrailə edilən hücum zamanı HƏMAS tərəfindən törədilmiş “kütləvi vəhşiliklərə dair” sənədlər nümayiş etdiriləcək. “Özlərini humanitar fəallar kimi təqdim edənlər kimin maraqlarına xidmət etdiklərini və onların müttəfiqlərinin insanlığa qarşı hansı cinayətlər törətdiklərini aydın şəkildə dərk etməlidirlər”, - deyə o bildirib.

Qeyd edək ki, İsrailin “Şayetet-13” adlı dəniz xüsusi təyinatlıları 9 iyun gecəsi Qəzza sahillərinə doğru irəliləyən “Madlin” gəmisinə nəzarəti ələ alıblar. "Ynet" portalının məlumatına görə, gəmi Aşdod limanına tərəf yola salınıb. İsrail Xarici İşlər Nazirliyi gəmidə 12 fələstin tərəfdarı fəalın olduğunu və onların yaxın günlərdə öz ölkələrinə qaytarılacağını bildirib. Sərnişinlər arasında tanınmış isveçli iqlim fəalı Qreta Tunberqin də olduğu bildirir.

Xatırladaq ki, “Madlin” gəmisi “Azadlıq donanması” koalisiyasına məxsusdur. O, 1 iyun tarixində Siciliya sahillərindən Qəzza üçün humanitar yardımla yola düşmüşdü. Yardım yükünə uşaq qidaları, bezlər, un, düyü, su filtrləri, gigiyena vasitələri və tibbi avadanlıqlar daxil idi. İsrailin müdafiə naziri Kats 8 iyun tarixində gəminin Qəzzaya çatmasına imkan verilməməsi üçün ordunun bütün zəruri tədbirləri görməsi barədə göstəriş vermişdi.

Töhfə Səməd

XƏBƏR LENTİ
02 AVQUST 2026
Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 Bütün Xəbərlər