İsrail və Livan arasında çərçivə sazişi imzalandı - VİDEO

İsrail və Livan arasında çərçivə sazişi imzalandı - VİDEO
26.06.2026 22:46 Dünya

ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən İsrail-Livan birbaşa danışıqlarının beşinci raundu çərçivəsində ABŞ, İsrail və Livan arasında üçtərəfli çərçivə sazişi imzalanıb.

TodayPress TV xəbər verir ki, ABŞ Dövlət Katibi Marko Rubio danışıqlardan sonra tərəflər arasında çərçivə sazişinin əldə olunduğunu açıqlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, razılaşma Livan ordusunun müəyyən edilmiş pilot ərazilərə yerləşdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, saziş iki mərhələdə icra olunacaq. Netanyahu əlavə edib ki, “Hizbullah” tam tərksilah edilməyənədək İsrail qüvvələri bölgədən geri çəkilməyəcək.

ABŞ Dövlət Departamentinin rəsmisi isə bildirib ki, tərəflər uzunmüddətli sülh və təhlükəsizlik məqsədilə danışıqları iki suveren dövlət kimi davam etdirirlər.

Qeyd edək ki, İsrail və Livan arasında birbaşa danışıqların beşinci raundu 23-25 iyun tarixlərində Vaşinqtonda keçirilməli idi. Lakin müzakirələrin davam etməsi səbəbindən görüşlər bir gün uzadılıb.

Danışıqlar iyunun 18-də qüvvəyə minmiş ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanmış ABŞ-İran anlaşma memorandumundan sonra baş tutub.

TodayPress TV

NEWS FEED
27 JUNE 2026
Ayda nüvə elektrik stansiyası tikəcəklər 21:22 Ağ Evdən gözlənilməz qərar: İranla danışıqlar davam edəcək 00:05 Yanacaq böhranı məşhur şirkəti çətin qərar qarşısında qoydu 21:49 600 milyon dollarlıq narkotik yandırıldı 21:16 Venesuelada dəhşətli zəlzələ: 50 mindən çox insan itkin düşdü 22:00 Dilarə Səlim vəzifəsindən azad edilib? - AÇIQLAMA 21:58 Azərbaycan şahmatçıları iki qızıl medal qazandılar 21:30 Ermənistan ordusunun hərbi qulluqçusu ölüb 22:52 İsrail və Livan arasında çərçivə sazişi imzalandı - VİDEO 22:46 Tramp Avropanı tariflərlə HƏDƏLƏDİ 22:22 İran FIFA-ya xəbərdarlıq etdi: "Komandanı dərhal meydandan çıxaracağıq" 22:37 Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi 22:18 Xidmət rəisi “neqodnı” olan vətəndaşlara çağırış etdi 22:14 Hakan Fidan: Müdafiə sənayesi artıq NATO üçün strateji prioritetdir 21:53 Konfrans Liqası: "Zirə"nin hakim təyinatları açıqlandı 22:02 "Turan Tovuz" onunla yeni müqavilə imzaladı 21:19 Səfərbərlik Xidməti rəisi fəaliyyətin əsas istiqamətlərini açıqladı 21:38 Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA 21:33 Gürcüstan parlamentinin iclasında dava düşdü - VİDEO 21:08 Kremldən yeni qanun: Orduda xidmət edən əcnəbilər deportasiya edilməyəcək 20:40 Rəqəmsal vergi tətbiq edənə 100% gömrük rüsumu qoyulacaq - Tramp 20:34 Aİ tarixində ilk: Enerji saxlama sistemlərinə dair üçtərəfli saziş imzaladı 20:27 Tramp İranı atəşkəsi pozmaqda İTTİHAM ETDİ 20:21 Türkiyə gəmiləri Hörmüz boğazını təhlükəsiz tərk etdi - RƏSMİ 20:06 DÇ-2026 tarixin ən çox tamaşaçı toplayan çempionatı oldu 20:01 All News