İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?

İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
28.07.2026 10:11 Dünya

İranın Ukraynaya birbaşa zərbə endirməsi ehtimalı azdır və onun hədələri əvvəlki hallarda olduğu kimi, yüksək səslənən bəyanatlardan o yana keçməyə bilər.

TodayPress TV "Axar.az"a isitnadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sabiq sözçüsü Vladislav Seleznyov bildirib.

"Müəyyən mənada bu bəyanatlar boş sözlərdir. Baxmayaraq ki, İran belə məsafələri qət edə bilən, o cümlədən ballistik raketlərə malikdir, onların uçuş trayektoriyası üçüncü ölkələrin ərazisindən keçməli olacaq. Raket silahının həmin ölkələrin hava məkanından istifadə etməklə tətbiqi isə faktiki olaraq silahlı təcavüz aktı kimi qiymətləndirilə bilər", – deyə Seleznyov qeyd edib.

Onun sözlərinə görə, bu halda raketlər İranla qonşu ölkələrin hava məkanından keçməli olacaq. Xüsusilə də sual yaranır ki, Azərbaycan və Türkiyə buna göz yummağa hazır olacaqlarmı, yoxsa diplomatik və ya hətta hərbi şəkildə reaksiya verəcəklər.

"Mən düşünürəm ki, ayətullah rejiminin nümayəndələri də bu riskləri nəzərə alırlar. Boş bəyanatlar isə onlar üçün ənənəvi davranışdır", – deyə Seleznyov vurğulayıb.

Ekspert əlavə edib ki, İran rejiminin nümayəndələri hər dəfə Ukraynanı ittiham etməyə çalışırlar:

"Guya Ukraynanın hərəkətləri səbəbindən itkilər verirlər. Amma özlərinin Rusiya ordusunun əsas dəstəkçilərindən biri olduqlarını gizlədirlər. İran Rusiyaya, xüsusilə də hər gecə dinc ukraynalıları öldürmək üçün istifadə olunan ”Şahid” pilotsuz uçuş aparatlarını tədarük edir. Buna görə də bütün bu söhbətlər sadəcə təbliğat xarakteri daşıyır. İranın Ukraynaya qarşı silahlı təcavüz aktına gəlincə isə, mənim bununla bağlı ciddi şübhələrim var. Aydındır ki, nəyisə istəmək başqa məsələdir, buna real imkanın olması isə tamamilə başqa məsələdir".

TodayPress TV

NEWS FEED
28 JULY 2026
İlham Əliyevlə Putin arasında telefon danışığı – TƏCİLİ 12:44 Karrinin gələcəyi ilə bağlı iddialara son nöqtə qoyuldu 12:38 Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb 12:30 LeBron üçün yeni missiya: “Filadelfiya”da hər şey ona tapşırılacaq 12:11 XİN Perunu Milli Günü münasibətilə təbrik etdi 12:01 Yaponiyada güclü zəlzələ oldu - Sunami təhlükəsi elan edilib 11:53 XİN: Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır 11:48 Güney Azərbaycan niyə İranın boğazında qaldı? 11:34 İranda "Güney Azərbaycan" ifadəsi zəlzələ yaratdı - AZTV-yə hücumun şifrələri 11:28 Məşq faciə ilə başa çatdı: norveçli idmançı həyatını itirdi 11:27 Səyyar ASAN xidmət Laçında 11:24 Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 All News