Himalay dağlarında robot ordu: 3 milyard insan təhlükədə - VİDEO
Çin Hindistanla mübahisəli Himalay sərhədində hərbi robotlar və pilotsuz quru nəqliyyat vasitələrindən istifadəyə başlayıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, Çin Xalq Azadlıq Ordusu sərt iqlim şəraiti, yüksək dağlıq ərazi və oksigen çatışmazlığı səbəbindən bəzi hərbçiləri geri çəkərək onların yerinə avtomatlaşdırılmış sistemlər yerləşdirib.
Bölgədə istifadə olunan texnologiyalar arasında pulemyotla təchiz edilmiş "Sharp Claw" robotları, 200 kiloqrama qədər yük daşıya bilən "Mule-200" pilotsuz nəqliyyat vasitələri, həmçinin əsgərlərin yükdaşıma qabiliyyətini artıran ekzoskeletlər yer alır.
Bildirilir ki, bu sistemlər kəşfiyyat, logistika və sərhəd nəzarəti üçün nəzərdə tutulub.
Hindistan tərəfi isə Çinin bu addımını bölgədə hərbi balansı dəyişə biləcək yenilik kimi qiymətləndirir. Məlumata görə, Dehli də pilotsuz hərbi sistemlər və digər müasir texnologiyaların inkişafını sürətləndirir.
Türkan İsgəndərli