Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB

Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB
22.06.2026 22:15 Dünya

İran beynəlxalq hüquq çərçivəsində diplomatiyanı davam etdirməyə hazırdır.

TodayPress TV ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.

O, regionda sülhün bərqərar olması üçün diplomatik prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb:

"İran müharibə axtarmayıb və axtarmır. Qanunsuz hücumu ABŞ və İsrail edib".

XXX

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb və tərəflər ABŞ-İran razılaşmasını müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Telefon danışığı zamanı Türkiyə-İran ikitərəfli münasibətləri, həmçinin regional və qlobal gündəmdə yer alan məsələlər müzakirə olunub.

Ərdoğan İran ilə ABŞ arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Türkiyə prosesin sülhlə nəticələnməsi üçün bütün mümkün dəstəyi göstərməyə hazırdır.

Türkiyə lideri danışıqlar prosesini pozmağa çalışan qüvvələrə qarşı diqqətli davranmağın vacibliyini vurğulayıb.

Ərdoğan yeni dövrdə regional sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində addımların atılmasının zəruri olduğunu qeyd edib və Ankaranın bu məqsədə nail olunması üçün fəaliyyətini davam etdirəcəyini bildirib.

Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ticarət, maliyyə və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyi də diqqətə çatdırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Livanda avtomobilə PUA zərbəsi: yaralılar var - VİDEO 15:18 PSJ tarix yazmaq istəyir! Luis Enrike “Real”ın rekorduna göz dikib 15:04 Kobaxidze Moskva ilə münasibətlərin bərpası üçün şərt açıqladı 15:10 Dünya çempionatına buraxılmadı, indi isə tarix yazır! 15:00 Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir 14:51 Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım 14:32 Qazaxıstanda iş axtaranları süni intellekt tapacaq – Yeni sistem işə düşür 14:21 DİN-dən onlayn alış-veriş edənlərə xəbərdarlıq: Bu səhifələrə aldanmayın! 14:17 Hemilton “Ferrari”də parladı! “Formula-1” əfsanəsi onu təriflədi 14:01 Bütün Xəbərlər