Alimlər 11 sentyabr terroru ilə sürətlənmiş qocalma arasında əlaqə aşkarlayıblar

Alimlər 11 sentyabr terroru ilə sürətlənmiş qocalma arasında əlaqə aşkarlayıblar
02.07.2026 07:00 Dünya

ABŞ-də 2001-ci il 11 sentyabr terror aktlarından sonra xilasedicilərdə yaranan travmadan sonrakı stres pozuntusunun (TSSP) orqanizmin bioloji qocalmasını sürətləndirdiyi və travmadan onilliklər sonra belə xroniki xəstəliklər riskini artırdığı müəyyən edilib. Bu nəticəyə "Stony Brook University" alimlərinin apardıqları tədqiqat əsasında gəlinib.

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Nature Communications" elmi jurnalında dərc olunub.

Tədqiqatçılar "World Trade Center" dağıntılarının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş 393 xilasedicinin qan nümunələrini təhlil ediblər. İştirakçılardan 232 nəfərinə travmadan sonrakı stres pozuntusu diaqnozu qoyulub, qalanlarında isə bu psixi pozuntu qeydə alınmayıb.

Müqayisəli təhlil zamanı 114 zülal və yeddi metabolitin səviyyəsində əhəmiyyətli fərqlər aşkar edilib. Müəyyən olunan dəyişikliklərin beynin fəaliyyətinə, immun sisteminə, enerji mübadiləsinə, həmçinin hüceyrələrin müdafiə və toxumaların bərpası mexanizmlərinə birbaşa təsir göstərdiyi bildirilib.

"Tədqiqat zamanı travmadan sonrakı stres pozuntusundan əziyyət çəkən xilasedicilərdə eyni vaxtda bir neçə orqanın, o cümlədən ürəyin, ağciyərlərin, qaraciyərin və böyrəklərin sürətlənmiş bioloji qocalma əlamətləri aşkar edilib. Bu dəyişikliklər xroniki travmadan sonrakı stres pozuntusu olan insanların nə üçün ürək-damar xəstəlikləri, ağciyər funksiyasının pozulması, idrak qabiliyyətinin zəifləməsi və yaşlanma ilə əlaqəli digər xəstəliklərlə daha çox üzləşdiyini izah edə bilər", - deyə tədqiqat qrupunun rəhbəri Benjamin Luft bildirib.

Müəlliflər vurğulayıblar ki, əldə olunan nəticələr travmadan sonrakı stres pozuntusunun təkcə psixi sağlamlıq problemi olmadığını, eyni zamanda bütün orqanizmə təsir göstərən sistemli bir xəstəlik olduğunu göstərir.

Bununla yanaşı, alimlər nəticələrin ehtiyatla qiymətləndirilməsinin vacibliyini qeyd ediblər. Onların sözlərinə görə, tədqiqat 11 sentyabr terror aktlarından sonra həm ağır psixoloji travma almış, həm də təhlükəli ekoloji amillərin təsirinə məruz qalmış unikal xilasedici qrupu üzərində aparılıb.

Gələcəkdə tədqiqatçılar oxşar bioloji dəyişikliklərin digər ağır travmalar yaşamış insanlarda da müşahidə olunub-olunmadığını araşdırmağı planlaşdırırlar.

TodayPress TV

NEWS FEED
02 JULY 2026
Vilayət Eyvazov DİN-in şəxsi heyətini təbrik etdi 09:58 Neft birjalarında qiymətlər alt-üst oldu - Ucuzlaşma davam edir 09:44 "Bitcoin"in qiyməti yeni rekorda yaxınlaşır - Rəqəmsal aktivlər artışdadır 09:39 Lyayenin Azərbaycana səfəri başa çatdı 09:20 Avropanın ən qədim şəhərlərindən biri tapıldı 09:04 DÇ-2026: ABŞ millisi 1/8 final mərhələsinə vəsiqə qazandı 08:45 Ukrayna Rusiyaya cavab verdi: Ən böyük neft zavodunu hədəfə aldı - VİDEO 08:41 Kiyevə gecə hücumu: Ölənlər var - VİDEO 08:24 İsti hava telefonunuzu sıradan çıxara bilər: Diqqət etməli olduğunuz dörd əlamət 22:41 Alimlər 11 sentyabr terroru ilə sürətlənmiş qocalma arasında əlaqə aşkarlayıblar 22:39 Rusiyalı alimdən QORXUNC PROQNOZ: Asteroid Yerlə toqquşa bilər 22:36 Buzlu içkiləri sevənlərə xəbərdarlıq: Görünməyən təhlükə sizi xəstələndirə bilər 22:35 İqlim dəyişikliyi flaminqolara da təsir etdi 22:32 Milyardlarla illik səyahət Günəşdə başa çatdı 22:29 DÇ-2026: Belçika geridönüşlə 1/8 finalda 02:03 Yay aylarında saç baxımında ən böyük səhv - Mütəxəssis izah edir 22:27 Berlində Hitlerin sonuncu bunkerlərindən biri sökülə bilər 22:25 Vaşinqton və Tehran arasında yeni razılaşma: 3 milyard dolların taleyi bəlli oldu 00:34 Pezeşkian: Lazım olsa, SEPAH-a 100 milyon barel neft verəcəm 00:07 Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü 00:09 Prezident Lyayenin Azərbaycana səfəri ilə bağlı paylaşım etdi 00:01 İlham Əliyev və Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 19:30 İlham Əliyevin Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB 19:23 ABŞ-dən Türkiyəyə tərif: "Nümunə götürməlidirlər" 21:58 BMT-nin pulu sentyabr ayında qurtara bilər 22:19 All News