Berlində Hitlerin sonuncu bunkerlərindən biri sökülə bilər

Berlində Hitlerin sonuncu bunkerlərindən biri sökülə bilər
02.07.2026 01:00 Maraqlı

Almaniyada Berlin yaxınlığındakı Hitlerin reyxskanselyariyasının əməkdaşlarının istifadə etdiyi bunkeri söküb yerində çoxmənzilli evlər və ofislər tikmək istəyirlər.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məqalə dərc edib.

Bildirilir ki, Hitlerin sevimli memarı Albert Şpeer tərəfindən tikilən yeni reyxskanselyariya binası İkinci Dünya müharibəsinin sonunda ciddi zərər görüb, daha sonra isə 1949-cu ildə sovet qoşunlarının əmri ilə dağıdılıb. Lakin bunker hələ də boş bir sahədə görünür.

Berlinin mənzil məsələləri üzrə senatoru Kristian Gebler hesab edir ki, bu tikilini sökməyin vaxtı çatıb:

"Biz sadəcə ziyarətgah ola biləcək bir bunkeri qorumaq üçün yeni yaşayış komplekslərinin tikintisinə mane olmayacağıq".

Amma bu qərarın əleyhdarları bildirirlər ki, bunker saxlanmalıdır.

"Berlin Yeraltı Dünyası" assosiasiyasının sədri Ditmar Arnold bildirib ki, bunkeri sökmək "dəlilik" olardı:

"Bura cinayətkarlarla bağlı olan məkandır, nasist Almaniyasının hakimiyyət mərkəzi, Hitlerin yeni reyxskanselyariya binası idi və onun sonuncu qalıqlarıdır".

Arnold Holokost Muzeyi ilə əməkdaşlıq edərək bu yeri müharibənin sonuna həsr olunmuş ekspozisiyası olan muzey və memoriala çevirmək istəyir:

"Almaniyada həm kommunist, həm də nasist dövrünə aid çoxlu tarix məhv edilib. Biz bunu davam etdirə bilmərik", - D.Arnold deyir.

O hesab edir ki, hətta bunkeri tamamilə sökmədən onun üstündə tikinti aparmaq da mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Putin Ukraynanın hücumlarını ciddiyə almır: “Nəticəsi yoxdur” 18:05 Fransa sağalmaz xəstələr üçün "ölüm qanunu"nu təsdiqlədi 16:51 XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir 17:55 Avropadakı ABŞ bazaları hədəfdədir? NATO Türkiyə səmasında vurulan raketləri xatırlatdı 16:44 “Qarabağ”ın əsas oyunçusu “Tvente” səfərini buraxa bilər! 17:39 İranın Avropaya zərbə endirmək planları üzə çıxdı 16:13 Saynsdan “Williams”ə sədaqət mesajı: “Komandanı zirvəyə qaytarmaq istəyirəm” 17:25 NBA ulduzu Karri yeni mövsümə kökləndi: “Hər şeyə yenidən başlamaq istəyirəm” 17:20 Zelenski onlara təşəkkür etdi 15:41 Çempionlar Liqasının 2028-ci il finalı Münhendə keçirilə bilər 16:54 KİV: Rusiyanın iqtisadiyyatı müharibə səbəbindən ciddi zəifləyib 15:39 “Söhbət artıq “Ferrari”dən gedir!” – Vassördən pilotlara sərt mesaj 16:46 Kolleclərə qeydiyyat başladı 15:30 NBA ulduzu Vembanyamadan Fransaya mesaj: “Bu, böyük tabudur” 16:36 Həftəsonunadək hava necə olacaq? 15:25 Azərbaycanlı hakimlər üçün UEFA-dan yeni mövsüm sınağı! 16:25 Macarıstanda yeni prezident vəzifəsinin icrasına başladı 15:15 Azərbaycanın sevimli nağıl qəhrəmanları Avropa çempionatında! 16:16 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə yeni tranzit yükü göndəriləcək 15:07 Bal ayı faciə ilə bitdi: Milyardlıq şirkətin vitse-prezidenti və həyat yoldaşı həlak oldu 15:45 Ərdoğandan İran-ABŞ gərginliyi ilə bağlı mesaj 15:02 18,20 metrlik möhtəşəm servis! Nihad Məmmədov rekord qırdı 15:45 Kamerunda qızıl mədəni uçdu, 100 nəfər öldü 14:58 Mourinyodan Rodri etirafı: “Şübhələri məni də tərəddüdə saldı” 15:33 Barrak: "İsrailin Suriyaya zərbəsi Türkiyə ilə qarşıdurma riskini artırıb" 14:47 Bütün Xəbərlər