İlham Əliyevin Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

İlham Əliyevin Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
01.07.2026 23:09 Xarici siyasət

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub.

TodayPress TV xəbər verir ki, Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaşı olduğunu deyən Ursula Fon der Lyayen bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər möhkəm təməllər üzərində inkişaf edir.

Qonaq Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı rolunda çıxış etməsinin və bu xüsusda göstərdiyi liderliyin yüksək qiymətləndirildiyini vurğuladı.

Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dayanıqlı sülhün təmin olunması, ikitərəfli ticarət münasibətlərinin başlanması, həmçinin Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı və üçüncü ölkələrdən Ermənistana ixrac olunan məhsulların Azərbaycan ərazisindən tranzit keçidi müsbət dəyərləndirildi.

Ursula Fon der Lyayen dedi ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə hərtərəfli dəstək göstərməyə hazırdır.

Söhbət zamanı Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeyd olundu, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna toxunularaq, onun etibarlı tərəfdaş olması, xüsusilə 2022-ci ildən sonra ölkəmizdən Avropa İttifaqına qaz ixracının həcminin artması məmnunluqla qeyd edildi.

XXX

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə geniş tərkibdə görüşü olub.

TodayPress TV xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

FOTOLAR

İlham Əliyevin Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB — 1
İlham Əliyevin Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB — 2
XƏBƏR LENTİ
02 IYUL 2026
Berlində Hitlerin sonuncu bunkerlərindən biri sökülə bilər 22:25 Vaşinqton və Tehran arasında yeni razılaşma: 3 milyard dolların taleyi bəlli oldu 00:34 Pezeşkian: Lazım olsa, SEPAH-a 100 milyon barel neft verəcəm 00:07 Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötdü 00:09 Prezident Lyayenin Azərbaycana səfəri ilə bağlı paylaşım etdi 00:01 İlham Əliyev və Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 19:30 İlham Əliyevin Lyayenlə geniş tərkibdə görüşü olub - YENİLƏNİB 19:23 ABŞ-dən Türkiyəyə tərif: "Nümunə götürməlidirlər" 21:58 BMT-nin pulu sentyabr ayında qurtara bilər 22:19 ABŞ-dən İrana sərt xəbərdarlıq: Nüvə proqramını bərpa etsəniz... 22:22 Lyayen Azərbaycana səfəri ilə bağlı paylaşım etdi 22:31 Rusiya Xameneinin dəfninə onu göndərir 21:35 "İran ona tabedir" - Pezeşkian 22:08 DÇ-2026: İngiltərə Konqonu məğlub etdi 22:10 Zelenski Koşta və Martinlə Aİ-yə üzvlüyü müzakirə etdi 21:26 Ukrayna gizli əməliyyatla bu ərazini geri qaytardı 22:03 Millimiz ev oyununu Gəncədə keçirəcək 21:21 ABŞ senatoru İranın turnirdən kənar qalmasını alqışladı: “Sevincimdən mahnı oxudum” 21:41 "Qarabağ" daha bir yoxlama oyununda uduzdu 21:37 “Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı 21:19 Millimiz Tacikistana qalib gəldi 21:23 Azərbaycanda pul bazası artdı 21:12 Suriyada 3 türkmana vəzifə verildi 21:02 Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlandı 20:46 Hikmət Hacıyev Azərbaycan və Aİ tərəfdaşlığı barədə: Üfüqdən o yana baxış 20:35 Bütün Xəbərlər