ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək

ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək
13.08.2026 13:46 Dünya

ABŞ və Yaponiya Sakit okeanda nadir torpaq minerallarının çıxarılması üçün dünyanın ən dərin mədənlərindən birini inşa etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, "Bloomberg"in məlumatına görə, mədən Tokiodan təxminən 2 min kilometr cənub-şərqdə yerləşən Minamitori adası yaxınlığında açıla bilər.

Layihənin təxminən 6 kilometr dərinlikdə həyata keçirilməsi nəzərdə tutulur. Ərazidə nadir torpaq elementlərinin böyük yataqlarının olduğu bildirilir. Bu minerallar elektronika, elektromobillər və yüksək texnologiyalı məhsulların istehsalında istifadə olunur.

Mütəxəssislər hesab edirlər ki, layihə ABŞ və Yaponiyaya mədəndən hazır maqnitlərə qədər öz nadir torpaq təchizat zəncirini yaratmağa imkan verə bilər. Bu isə ölkələrin Çindən asılılığını azaltmağa kömək edə bilər.

İndiyədək ərazidəki tədqiqatları əsasən Yaponiya aparıb. Hazırda isə "Deep Reach Technology" də daxil olmaqla bir sıra ABŞ şirkətləri layihəyə maraq göstərir.

Layihənin reallaşması Sakit okeanda nadir torpaq resursları uğrunda rəqabəti daha da gücləndirə bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
13 AUGUST 2026
Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 UEFA “Rakuv”a sərt cəza verdi: növbəti pozuntuya sektor qadağası! 14:43 Kaya Kallas İsrailə təşəkkür etdi 14:30 Putinin İturupa səfəri Tokionu ayağa qaldırdı: Yaponiya Rusiyaya etiraz etdi 14:16 Reyndersə 60 milyon avroluq təklif: “Mançester Siti”dən ayrılır? 14:02 İsrail Livandan çəkilməyəcək - Müdafiə naziri ordudan uzunmüddətli hazırlıq tələb etdi 13:39 “Karri heç yerə getməyəcək!” – “Golden State”dən əmin mesaj 13:58 Paşinyan Simonyana yeni vəzifə verdi 13:48 ABŞ və Yaponiya Çinə qarşı nəhəng layihəyə hazırlaşır: Dünyanın ən dərin mədəni tikiləcək 13:35 Paşinyan: “Dostluq şəraitində həll istəyirik” 13:43 Piastri zirvəyə gedən yolu açıqladı: “Yeni şeylər sınayıram” 13:35 “Atletiko”nun əsas hücumçusu mövsümün əvvəlində sıradan çıxdı 13:30 All News