Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi

Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi
13.08.2026 16:24 Dünya

ABŞ-də "Delta Air Lines" şirkətinin Las-Veqas–Atlanta reysi təyyarədə aşkarlanan şübhəli "Wi-Fi" şəbəkəsinə görə təxirə salınıb.

TodayPress TV xəbər verir ki, "Fox News"un məlumatına görə, sərnişinlər aviaşirkətin rəsmi internetinə bənzəyən “Delta WiFi Fast” adlı şəbəkə görüblər.

Lakin bu şəbəkənin aviaşirkətə aid olmadığı müəyyən edilib. Ekipaj şəbəkəni təhlükə kimi qiymətləndirərək təyyarədə "Wi-Fi" xidmətini təxminən 30 dəqiqəlik söndürüb. Delta isə təyyarənin sistemlərinə kiberhücum olmadığını və rəsmi "Wi-Fi" şəbəkəsinin təhlükəyə məruz qalmadığını açıqlayıb.

Hadisənin təyyarənin idarəetmə sistemlərinə və uçuş təhlükəsizliyinə təsir etmədiyi bildirilib. Təyyarə daha sonra Atlantaya təhlükəsiz şəkildə çatıb.

Aviaşirkət hadisə ilə bağlı araşdırmaya başlayıb və federal hüquq-mühafizə orqanları ilə aviasiya tənzimləyiciləri ilə əməkdaşlıq edəcəyini bildirib.

Şəbəkəni kimin yaratdığı və məqsədinin nə olduğu hələlik məlum deyil. Mütəxəssislər sərnişinlərə təyyarədə yalnız aviaşirkətin rəsmi "Wi-Fi" şəbəkəsinə qoşulmağı tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Çin və Belarus birgə hərbi təlimə başladı 17:52 Sanae Takaiçi xalqa müraciət etdi 17:44 Ferstappen üçün böyük seçim: “Red Bull”la qalacaq, yoxsa gedəcək? 17:31 Prezidentin bəyanatları xarici mətbuatın gündəmində 17:26 Elon Mask Grok 4.6-nı təqdim etdi 17:14 Husilər Yəməndə hökumət qüvvələrinə hücum etdi: Ölən və yaralananlar var 16:52 Sabahdan külək güclənir – Hansı ərazilər risk altındadır? 15:44 İspaniya futbolunda texnoloji inqilab: çipli toplar gəlir! 16:46 Fransada isti hava böhranı: Zərərin məbləği milyardları keçdi 15:14 İstanbul “El Klasiko”ya hazırlaşır – Superkubokun ünvanı bəlli oldu! 16:50 Paşinyan Aİ referendumu ilə bağlı açıqlama verdi: Ermənistanda mühüm qərar gözlənilir 15:24 Təyyarədə şübhəli "Wi-Fi": Uçuş ləğv edildi 15:18 Türkiyədə turist gəmisi yandı - 115 nəfər... 15:33 Gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxundu 16:10 Ermənistanda hərbçinin müəmmalı ölümündən sonra vəzifəli şəxs istefa verdi 15:57 Doku “Mançester Siti” ilə gələcəyini rəsmiləşdirdi 15:51 FHN əhaliyə müraciət etdi 15:44 Samuxda qarayara həyəcanı: 9 nəfər xəstəxanaya yerləşdirildi 15:37 Qeyri-sabit hava bu tarixə qədər davam edəcək - XƏBƏRDARLIQ 15:29 Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi 15:22 6 yeni ekspres marşrutu sabahdan fəaliyyətə başlayır - VİDEO 15:18 Karta pul yüklədi, amma faizlə qarşılaşdı – Bank səbəbini açıqladı 15:06 Ferstappenin ən ağır çempionluğu: “Bu, əsl müharibə idi” 15:07 Ziya Bünyadovla bağlı ŞOK İTTİHAM – Tariximizi saxtalaşdırıb? 15:00 Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon yük göndərildi 14:45 Bütün Xəbərlər