ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır

ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır
28.07.2026 08:47 Dünya

Pentaqon ABŞ kontingentinin Avropada yerləşdirilməsinin səmərəliliyinin artırılmasına yönəlmiş araşdırmaya başlayıb.

TodayPress TV  xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib.

"Bu gün Müdafiə Nazirliyi Avropada qüvvələrin yerləşdirilməsi ilə bağlı araşdırmaya başlayıb. Bu araşdırma ABŞ müdafiə naziri Pit Heqsetin NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən son görüşündə elan etdiyi məsələ ilə bağlıdır. Nazir həmin vaxt bildirdiyi kimi, bu, Avropanın nüvə silahlarından istifadə etmədən öz müdafiəsinin təmin edilməsində əsas məsuliyyəti tez və geri dönməz şəkildə öz üzərinə götürməsi istiqamətində NATO-nun irəliləməsinə yönəlmiş real yanaşmalı araşdırma olacaq".

Onun sözlərinə görə, bu baxış ABŞ-ın daha əvvəl açıqladığı milli müdafiə və milli təhlükəsizlik strategiyalarının əsas müddəalarına uyğun aparılacaq.

Pentaqon rəhbərinin müavini qeyd edib ki, araşdırmanın nəticələrinə əsasən ABŞ qoşunlarının Avropada yerləşdirilməsi ilə bağlı gələcək addımlar üçün "bir sıra variantlar" təqdim olunacaq. Onun sözlərinə görə, mümkün tədbirlər strateji hesablamalara, eləcə də "geosiyasi və hərbi reallıqların aydın dərk edilməsinə" əsaslanacaq.

Kolbi əlavə edib ki, ABŞ bu məsələlərlə bağlı Avropadakı müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək.

NEWS FEED
28 JULY 2026
Vaxt uzadan qapıçılar artıq cəzasız qalmayacaq 11:17 İranda Azərbaycandan çox yəhudi yaşayır, nədir bu nifrət, Tehran?! 11:11 Tramp Abe Hamadehin Azərbaycana səfəri barədə məqaləsini öz səhifəsində paylaşdı 11:10 Leau üçün yeni yarış: “Fənərbağça” da sıraya qoşuldu 11:06 SEPAH həddini aşdı - Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün bombalanmış gəmilərdən istifadə etdilər 11:00 US Open öncəsi Sabalenkadan maraqlı məşq görüntüləri 10:52 Addainin yeni ünvanı hər kəsi təəccübləndirdi 10:36 “Qızıl top” sahibi PSJ-ni seçdi 10:23 Küləkli hava davam edir - FAKTİKİ HAVA 10:21 “Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 İspan jurnalistdən Yamal üzərindən diqqətçəkən mesaj 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:42 İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi 09:22 FIFA prezidentindən rəsmi ifadə tələb olundu 09:11 Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı 09:01 Qlobal bazarlarda neft qiymətləri gerilədi 09:06 “Sabah” Avropa yolunda vacib imtahana çıxır 08:56 Moskva alov içində: Wildberries-in ən böyük anbarı belə vuruldu - VİDEO 08:41 ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır 08:10 Moskvaya bir gecədə 390-dan çox PUA hücumu olub 08:03 İsrail və Livan yenidən danışıqlar masasına qayıdır – Tarix açıqlandı 07:55 All News