ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır

ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır
28.07.2026 08:47 Dünya

Pentaqon ABŞ kontingentinin Avropada yerləşdirilməsinin səmərəliliyinin artırılmasına yönəlmiş araşdırmaya başlayıb.

TodayPress TV  xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib.

"Bu gün Müdafiə Nazirliyi Avropada qüvvələrin yerləşdirilməsi ilə bağlı araşdırmaya başlayıb. Bu araşdırma ABŞ müdafiə naziri Pit Heqsetin NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən son görüşündə elan etdiyi məsələ ilə bağlıdır. Nazir həmin vaxt bildirdiyi kimi, bu, Avropanın nüvə silahlarından istifadə etmədən öz müdafiəsinin təmin edilməsində əsas məsuliyyəti tez və geri dönməz şəkildə öz üzərinə götürməsi istiqamətində NATO-nun irəliləməsinə yönəlmiş real yanaşmalı araşdırma olacaq".

Onun sözlərinə görə, bu baxış ABŞ-ın daha əvvəl açıqladığı milli müdafiə və milli təhlükəsizlik strategiyalarının əsas müddəalarına uyğun aparılacaq.

Pentaqon rəhbərinin müavini qeyd edib ki, araşdırmanın nəticələrinə əsasən ABŞ qoşunlarının Avropada yerləşdirilməsi ilə bağlı gələcək addımlar üçün "bir sıra variantlar" təqdim olunacaq. Onun sözlərinə görə, mümkün tədbirlər strateji hesablamalara, eləcə də "geosiyasi və hərbi reallıqların aydın dərk edilməsinə" əsaslanacaq.

Kolbi əlavə edib ki, ABŞ bu məsələlərlə bağlı Avropadakı müttəfiqləri ilə məsləhətləşmələri davam etdirəcək.

XƏBƏR LENTİ
28 IYUL 2026
“Arsenal” Vinisius bombasını partlatmağa hazırlaşır 10:14 İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı? 10:11 Arda Turandan Çempionlar Liqası ilə bağlı mühüm açıqlama 10:00 Sudzuki uğrunda transfer yarışı qızışır 09:50 İkardidən sevinc dolu paylaşım: Məhkəmədə qalib gəldim! 09:44 İspan jurnalistdən Yamal üzərindən diqqətçəkən mesaj 09:32 Kamçatkada güclü zəlzələ baş verdi 09:42 İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi 09:22 FIFA prezidentindən rəsmi ifadə tələb olundu 09:11 Salah transferi niyə baş tutmadı? "Beşiktaş" danışdı 09:01 Qlobal bazarlarda neft qiymətləri gerilədi 09:06 “Sabah” Avropa yolunda vacib imtahana çıxır 08:56 Moskva alov içində: Wildberries-in ən böyük anbarı belə vuruldu - VİDEO 08:41 ABŞ qoşunlarının Avropadakı taleyi masadadır – Pentaqon variantlar hazırlayır 08:10 Moskvaya bir gecədə 390-dan çox PUA hücumu olub 08:03 İsrail və Livan yenidən danışıqlar masasına qayıdır – Tarix açıqlandı 07:55 Dünya və Avropa çempionundan növbəti qızıl medal 08:49 Moskva yaxınlığında sənaye müəssisəsi vuruldu - VİDEO 07:46 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilər işıqsız qalacaq 23:44 Səhər mütləq yeyilməsi tövsiyə olunan meyvə 00:32 Kapri bahadır, Amalfi doludur - Bəs bu ada niyə gizli qalıb? 01:29 Bu ölkə Avropanın ən populyar yeni turizm məkanına çevrilir 01:21 Peskovun həyat yoldaşı Aİ-dən 2 milyon avro tələb etdi - SƏBƏB 01:03 Evdə ən təhlükəli 7 cihaz açıqlandı - Çoxu hər kəsdə var 00:07 90 faizdən çoxu müsəlman olan ölkədə hicab qadağan edildi 23:49 Bütün Xəbərlər