Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur

Samir Şərifov: Azərbaycan və Belarus zamanın sınağından çıxmış iki etibarlı dostdur
30.06.2026 20:09 Tədbirlər

“Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq qarşılıqlı etimad və dövlət başçılarının siyasi iradəsi əsasında uğurla inkişaf edir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarus Respublikasının Müstəqillik Günü münasibətilə təşkil olunan rəsmi qəbulda çıxışı zamanı deyib.

Samir Şərifov bildirib ki, Azərbaycan ilə Belarus arasında ənənəvi olaraq sıx dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Onun sözlərinə görə, 1993-cü ildə diplomatik münasibətlərin qurulmasından ötən müddətdə ikitərəfli əlaqələr ardıcıl şəkildə inkişaf edərək qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsinə yüksəlib.

Baş nazirin müavini vurğulayıb ki, bu nailiyyətlərin əldə olunmasında qarşılıqlı etimada əsaslanan dialoq, birgə səylər, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun güclü siyasi iradəsi həlledici rol oynayıb:

“Ali səviyyədə keçirilən müntəzəm görüşlər və fəal fikir mübadiləsi iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə yüksək dinamika ilə inkişafını təmin edir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ildə Azərbaycana dövlət səfəri münasibətlərin inkişafında mühüm mərhələ oldu. Səfər zamanı qarşılıqlı faydalı tərəfdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edildi, əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivli istiqamətlər müəyyənləşdirildi. Bu istiqamətlərin praktik məzmunla zənginləşdirilməsi məqsədilə kənd təsərrüfatı, gömrük işi, turizm, kiçik və orta sahibkarlığın inkişafı sahələrini əhatə edən bir sıra mühüm sənədlər imzalandı”.

Samir Şərifov xüsusi olaraq vurğulayıb ki, dövlət səfəri çərçivəsində Prezident Aleksandr Lukaşenko Qarabağa səfər edib, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olub. O xatırladıb ki, Belarus Prezidenti Şuşada çıxışı zamanı Belarusun dövlət qurumları və şirkətlərinin Qarabağın və Şərqi Zəngəzurun bərpasında iştirak edəcəyini bəyan edib:

“Azərbaycan Belarusla dostluq və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda bütün sahələr üzrə əməkdaşlığı davam etdirmək əzmindədir. Prezident İlham Əliyev də Azərbaycan və Belarusu zamanın sınağından çıxmış iki etibarlı dost adlandırıb”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
17 AUGUST 2026
Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Rusiya NATO-nun qapısına qədər gəlib - Peykdən görüntülər 21:10 Şəmkirdəki qəzada ölən və yaralananların kimliyi məlum oldu 18:18 Netanyahu razılaşdı - Qəzzada nə baş verəcək? 20:45 Pentaqon çarəsiz qaldı - Hörmüzdə plan tapa bilmir 20:33 Xırdalan sakinlərinin NƏZƏRİNƏ! Bu marşrutların hərəkət sxemi dəyişdirildi 20:20 ABŞ səfirliyi 40 min manat maaşa işçi axtarır 20:10 “Krım da Qarabağ kimi azad olacaq” - Ukraynalı səfirdən diqqətçəkən çıxış 20:01 Kabildə dəhşətli partlayış - Məktəblilərin də yaralandığı hadisənin DETALLARI - VİDEO 19:49 Əmirbəyov və Litva səfiri nələri müzakirə etdi? 19:54 Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ! 19:16 Almanlar kütləvi şəkildə orduya gedir - 13 ilin rekordu 19:23 Zelenskidən sentyabr üçün yeni plan - DETALLAR 19:13 Kuşner Netanyahunu 4 saat “dilə tutdu” 19:07 28 yaşlı gənc Bakıda faciəvi şəkildə öldü 18:56 All News