COP31-lə bağlı vacib missiyalar Azərbaycana həvalə olundu

COP31-lə bağlı vacib missiyalar Azərbaycana həvalə olundu
20.11.2025 11:28

COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunub.

TodayPress TV xəbər verir ki, bu xüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30 sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində təqdim edib.

COP-un iki Sədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlər tərəsindən yüksək dəyərləndirilib və müsbət qarşılanıb.

Həmçinin Braziliya tərəfinin xahişinə əsasən COP30-da qəbul edilməsi gözlənilən aşağıdakı 2 mühüm qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə olunub:

- COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar

COP30 sədri André do Lago Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Mauricio Lyrioya COP30 sədrliyi adına COP31-in ev sahibinin müəyyən edilməsi üzrə yüksək səviyyəli danışıqların aparılması səlahiyyətini verib. COP31-ə ev sahibliyi uğrunda Avstraliya və Türkiyə mübarizə aparır. Hazırda hər iki səlahiyyətli nümayəndə intensiv şəkildə Avstraliya və Türkiyə arasındakı danışıqlara vasitəçilik edir, həll yolunu müəyyən etməyə çalışır.

- COP30-un ən vacib mümkün nəticələrindən biri hesab edilən Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake-GST) ilə bağlı sənədin razılaşdırılması

- COP30 Sədri André do Lago Azərbaycan və Norveç nümayəndələrinə prosesə onun adından rəhbərlik etmək və dövlətlər arasında danışıqlar aparmaq mandatını verib. Bu danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə bu dövlətin iqlim və ətraf mühit naziri Andreas Bjelland Eriksen edir.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bütün Xəbərlər