COP29 Sədrliyi BMT Baş Assambleyasının “İqlim həftəsi”ndə iştirak edəcək

COP29 Sədrliyi BMT Baş Assambleyasının “İqlim həftəsi”ndə iştirak edəcək
21.09.2025 21:54

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edən nümayəndə heyəti BMT Baş Assambleyasının 80-ci sessiyası və “İqlim həftəsi” tədbirlərində iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.

TodayPress TV xəbər verir ki, Nyu-Yorkda dövlətlər, beynəlxalq təşkilatlar, özəl sektorun nümayəndələri ilə yüksəksəviyyəli görüşlər keçiriləcək. Dialoqun məqsədi Paris Sazişinin məqsədlərinə və qlobal iqlim gündəliyinə nail olmaq üçün əsas olan COP29 qərarlarının səmərəli icrası məqsədilə əlavə resursları səfərbər etmək və buna şərait yaratmaqdır.

COP29 Rəyasət Heyəti inkişaf etməkdə olan ölkələrə və ən həssas regionlara dəstək olmaqda genişlənmiş beynəlxalq əməkdaşlığa və məsuliyyətlərin bərabər şəkildə bölüşdürülməsinə ehtiyac olduğunu vurğulayır.

Qeyd etmək lazımdır ki, bu cür beynəlxalq platformalar qlobal iqlim həmrəyliyini gücləndirmək, həll yollarını inkişaf etdirmək və COP29-da götürülmüş öhdəliklərin icrasını sürətləndirmək üçün unikal imkan yaradır. Azərbaycanın Sədrliyi iqlim maliyyəsi, iqlim dəyişikliyinə uyğunlaşma, davamlı energetikanın inkişafı və karbon bazarı mexanizmlərinə xüsusi diqqət yetirir.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 Sumqayıtda avtomobil sexi yandı - VİDEO 13:48 Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb” 13:25 Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Sabah hava necə olacaq? - PROQNOZ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi 12:36 Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir” 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başladı 12:06 Pensiyalar ÖDƏNİLDİ 11:20 Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 Gürcüstanda dövlət bayraqları yarıya endirildi 10:39 Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu 10:24 Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub” 10:07 Pezeşkian ABŞ-yə səsləndi: “Amerika evinə qayıtmalıdır!” 09:56 Rusiya Kiyevə zərbələr endirdi: Ölənlər və yaralananlar var - GÖRÜNTÜLƏR 09:36 ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB 09:26 Rusiyada neft zavodu hədəfə alındı - VİDEO 09:31 Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq 09:20 Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Bütün Xəbərlər